Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan “Təndir” sökülür.
"Bİ" xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə Bakının ən məşhur restoranı sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq.
Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə “Təndir” restoranında olublar.
Bütün hüquqlar qorunur © 2025