Təqvim
Siqaret bahalaşacaq
29 oktyabr 2018 - 13:51

Siqaret istifadəçiləri üçün bəd xəbər... 

Büdcə sənədlərindən görünür ki, 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacaq. Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın artırılması bunu söyləməyə əsas verir. Belə ki, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manat proqnoz edilir. 2018-ci il üçün həmin məbləğ 104 mln. manatdır Yerli istehsala aksizlər üzrə də daxilolamalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata artımla proqnozlaşdırılır.

Son günlər vergi sistemində gözlənilən dəyişikliklərlə bağlı ictimai müzakirlər əsasən gəlir vergisi ətrafında oldu. Amma büdcə mədaxili ilə bağlı proqnozlara baxanda sıranın xeyli geniş olduğu diqqətdən qaçmır. 
Axşam birini yazmışdım - həm idxal edilən, həm də daxildə istehsal olunan tütün məmulatlarına aksizlərin artımı gözlənilir.
Daha bir dəyişiklik kimi ticarət fəaliyyəti ilə məşğul olan həm hüquqi, həm də fiziki şəxslərin 6%-lə sadələşdirilmiş vergisiyə cəlb olunmasının ləğvi ola bilər. Belə ki, büdcə sənədində hər 2 subyekt üzrə 6%-lik sadələşdirmiş vergidən daxilolma üzrə proqnoz nəzərdə tutulmayıb. İctimai iaşədə 8%-lə çalışanlar üçün isə proqnoz saxlanılıb.
Məlumat üçün deyim ki, Vergi Məcəlləsinin 218.1 və 220.1-1-ci maddələrinə görə, illik dövriyyəsi 200 000 manatdan yüksək olan həm ticarət, həm ictimai iaəşə sektoru üzrə sahibkarlar da sadələşdirilmiş vergi ödəyici ola bilərdilər. Həmin normalara görə, bu halda dövriyyədən ticarətçilər 6%, iaşə sahəsində çalışanlar 8% vergi ödəməli idilər. Eyni zamanda yerdə qalan sahələr üzrə differensiallaşdırılmış vergi dərəcəsinin ləğvi və 2% bazasənda vahid dərcəcənin tətbiqi gözlənilir. Hazırda isə Bakı şəhəri üzrə 4%, yerdə qalan regionlar üzrə 2% dərəcə qüvvədədir.

İdxalçı sahibkarların başına açılan "Valyuta oyunu"


Sadələşdirilmiş verginin tətbiq dairəsinin daraldılması ilə bağlı gözlənilən dəyişikliklərlə bağlı 2019-cu ildə bu vergi növü üzrə büdcəyə daxiolma proqnozu 58 mln. manat (15.3%) azaldılıb. Əvəzində rezident hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolama proqnozu 136.9 mln. manat (22.4%) artırılıb.
Daha bir dəyişiklik hüquqi şəxslərin mülkiyyətində olan avtomobil vasitələrinin əmlak vergisinə cəlb edilməsidir. Bu mənbədən 11.7 mln. manat daxilolma proqnozlaşdırılıb. 
Hər halda görünən odur ki, 2019-cu il hüquqi şəxs kimi fəaliyyət göstərən biznes üçün vergi yükünün artımı baş verəcək

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Statuslar
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə