Təqvim
Qış istirahəti neçəyə başa gəlir? - VİDEO
29 oktyabr 2018 - 13:31

Səyahət, tətil deyəndə ağlımıza ən birinci, dəniz, qum, günəş – bir sözlə, yay fəsli gəlir. Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarının yaratdığı üstünlüklərdən faydalanaraq istirahətin dadını çıxarmaq istəyənlərin də sayı az deyil.

Belə ki, Dünya Turizm Təşkilatının statistikasına əsasən, hər il dünyada səyahət etmək istəyənlərin təxminən 30-35%-i istirahət mərkəzlərinə məhz qış ayında üz tuturlar.

Turizm şirkətinin meneceri Pərviz Qasımov bildirib ki, son illər ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Onun sözlərinə görə, Azərbaycana turistlər daha çox BƏƏ, Pakistan, Səudiyyə Ərəbistan və Küveytdən gəlirlər:

“Aktiv istirahəti - dağ – xizək turizmini sevənlər Qubada istirahətə üstünlük verir. Passiv istirahəti sevənlər isə daha çox Qusar, Qəbələ və cənub bölgələrinə üz tuturlar”.

Müsahibimiz qeyd edib ki, tur paketlər nə qədər öncədən alınsa, bir o qədər sərfəli olur: 

“Hazırda turların satışına başlanıb və 35-40 % endirim müşahidə olunur. Yeni ilin başlamasına 10-15 gün qalmış, demək olar ki, biletlər qalmır və qiymətlər çox yuxarı olur”.

Digər turizm şirkətinin rəhbəri Orxan Məmmədli ölkəyə turist axınının daha çox Novruz bayramı ərəfəsində qeydə alındığını deyib. O, qış turizmi üçün olan tur paketlərinin qiymətini də açıqlayıb: 

“Vaxt yaxınlaşdıqca hotellərdə boş qalan yerlər dolur və qiymətlər də baha olur. Biletlər noyabrın 25-nə kimi alınsa daha münasib qiymətlər əldə oluna bilər. Avropa ölkələri adam başı təxmini 800-850 avrodan, qış turizmi üçün hazır olan ölkələrin əksəriyyəti üçün isə olan qiymətlər 700-750 dollardan başlayır. Ölkəmizdə isə 3-5 günlük tur paketlərin qiyməti 350-650 manat arasında və daha çox ola bilər”.

Tur paketlərin qiymətləri ilə sizi tanış etdik. Odur ki, əliniz cibinizdə olsun. 

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

İlhamə Kələyeva, Musa Vladimir

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© oxu
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə