Təqvim
Saakaşvili Tbilisiyə qayıdır - GÜRCÜSTANDAN AÇIQLAMA
29 oktyabr 2018 - 11:55

Gürcüstanda dünən keçirilmiş prezident seçkiləri başa çatıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK)  məlumatına görə, hakimiyyətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır. Onlardan heç biri 50 faizlik səs baryerini aşa bilməyib.

Məlumata görə, Salome Zurabişvili səslərin 38,66 faizini, Qriqol Vaşadze 37,7 faizini toplayıblar.

Bu, prezident seçkilərində səslərin 99,57 faizinin hesablanandan sonrakı nəticələridir.

 

Salome Zurabişvili - 614 964 səs;
Qriqol Vaşadze - 599 662 səs;

 

Beləliklə, Gürcüstan seçkisində II tur keçiriləcək.


Bəzi ekspertlər prosesin hazırda xaricdə yaşayan eks-prezident Mixail Saakaşvilinin Gürcüstana qayıdığına doğru apardlğını bildirilər. Qeyd edilir ki, ikinci turda Vaşadze seçiləcək, amnistiya elan ediləcək, Saakaşvili ölkəyə qayıdacaq, növbədənkənar parlament seçkisi keçiriləcək, Vahid Milli Hərəkat Partiyası qalib gələcək. Ardınca Mixail Saakaşvili səlahiyyətləri genişləndirilmiş baş nazir olacaq, Gürcüstanda ikinci islahatlar dalğası başlayacaq.

Bəs Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?

"" xəbər verir ki, Gürcüstanın müxalifətdə olan Vahid Milli Hərəkat Partityasının üzvü, azərbaycanlı deputat Azər Süleymanov açıqlamasında deyib ki, dünənki seçkilərin nəticələri Saakaşvilinin Gürcüstana qayıdışını sürətləndirəcək.

 
“Qriqol Vaşadzenin prezident seçilməsi Saakavilinin Gürcüstana qayıdışını sürətləndirəcək. Saakaşvili artıq Gürcüstana yaxınlaşır. Proseslər ona doğru gedir. Ola bilsin ki, o, sabah da Gürcüstana gəlsin. Artıq Saakaşvili üçün təhlükə yoxdur. Nə “Gürcü arzusu” partiyası,  nə də kriminal İvanaşvili onun Gürcüstana gəlişinə mane ola bilər”. 

 

Azər Süleymanov bildirib ki, hər bir Gürcüstan vətəndaşı Saakaşvilinin gəlişini səbirsizliklə gözləyir.
 

“Hər bir azərbaycanlının evində Saakaşvili üçün bir otaq var. 100 minlərlə azərbaycanlı onu qorumağa hazırdır. Hər bir gürcü vətəndaşı tikəsini Saakaşvili ilə bölmək istəyir. Saakaşvili hər zaman Gürcüstana gəlmək arzusunda olub. Yeni Gürcüstan onun  əli ilə qurulub”. 
 

Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyəti bu müddət ərzində Saakaşvilinin gəlməsinə icazə verməyib.
 

“7 pencəyə görə ona cinayət işi açdılar. Amma Gürcüstan dövlətini dağıtdılar və ölkəni 1990-cı illərə qaytardılar. Gürcüstanı marixuana, narkotika dövlətinə çevirdilər. Belə ölkədə kimsə yaşamaz. İnsanlar sabaha olan ümidlərini itirmişdilər. Amma  dünənki seçkilərdə  polislər belə bizə qoşuldu.

MSK-nın göstəricilərinə görə, yarım səs faizi ilə biz geri qalmışıq. Ümumi səslərin 38 fazini Salome Zuravaşvili, 37,5 faizini isə Qriqol Vaşadze toplayıb. O da nəyə görədir. Hansı ki, əlimiz çatmayan bölgələr var, orada “Gürcü arzusu”  çirkin oyunlar həyata keçirərək, saxta yollarla, zorla Salomeyə səs alıblar”.

Sosial şəbəkələrdə paylaş:
Mənbə:
© modern
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə