2018-ci ilin sentyabrında əhalinin banklara etibar etdiyi əmanətlərin həcmi 178,3 milyon manat artaraq 8 milyard 199 milyon 100 min manata çatıb. "Bİ" Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, avqust ayında bu göstərici 8 milyard 20 milyon 800 min manat təşkil edib. Artım daha çox milli valyuta ilə qoyulan əmanətlərdə müşahidə edilib. Buna baxmayaraq xarici valyutada olan əmənətlərin həcmi üstünlük təşkil edir. Belə ki, bu ilin avqustunda bankla manatla qoyulan əmanətlərin həcmi 2 milyard 966 milyon 800 min manat olub. Sentyabrda isə bu rəqəm 104,4 milyon manat artaraq 3 milyard 70 milyon 200 min manata çatıb. Dollarla olan əmanətlərin həcmində isə həmin dövrdə cəmi 75 milyon manat artım olub. Sentyabrda bu vəsaitin ümumi məbləği 5 milyard 128 milyon 900 min manat təşkil edib. Bu ilin avqustunda isə dollarla əmanətlərin həcmi 5 milyard 53 milyon 900 min manat olub. Ötən ay qısamüddətli əmanətlərin həcmi də artaraq 5 milyard 752 milyon 300 min manata çatıb. Banklardakı uzunmüddətli əmanətlərin məbləği isə azalıb. 2018-ci ilin sentyabrında bu göstərici 2 milyard 447 milyon manata yaxın olub. Halbuki, avqustda uzunmüdətli əmanətlərin həcmi 2 milyard 501 milyon manat təşkil edib.
Bütün hüquqlar qorunur © 2025