İran hökuməti ölkədə məcburi hicab qanununu həyata keçirmək üçün yeni təkliflər irəli sürüb. Təkliflərə hicab qaydasına əməl etməyən qadınların tapılaraq cəzalandırılmasından ötrü müşahidə kameralarından istifadə daxildir. Bütün bunlar ötən ilin sentyabrında gənc qadının guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfatı və bundan sonra aylarla davam edən etirazlar fonunda baş verir. Martın 14-də İran parlamentinin iclasında mədəniyyət komissiyasının üzvü Bijan Nobaveh deyib ki, qurum hicabla bağlı yeddi yeni qayda təklif edib, rəhbərlik onları qəbul edib və təkliflər Milli Təhlükəsizlik Şurasında müzakirə olunub.
Bütün hüquqlar qorunur © 2023