Təqvim
Kredit portfelinin artımı 5%-i keçmir
26 oktyabr 2018 - 17:33

30 sentyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,201.8 mln. manat, kredit portfeli 11,901.4 mln. manat, cəmi öhdəlikləri isə 25,089 mln. manat təşkil edib.

"Bİ" Maliyyə Bazarları Nəzarət Palatasının sentyabr ayı üzrə açıqladığı icmala əsasən xəbər verir ki, sektorun balans kapitalı 4,112.8 mln. manat olub. 2018-ci ilin sentyabr ayı ərzində bank sektorunun aktivləri 3.8% (1,074.7 mln. manat), öhdəlikləri 4.2% (1,011.5 mln. manat), balans kapitalı isə 1.6% (63.2 mln. manat) artıb.

Sentyabr ayında bankların kredit portfelinin dinamikasında əhəmiyyətli dəyişiklik baş verməyib. Cari ilin əvvəli ilə müqayisədə isə bank sektorunun kredit portfeli üzrə 5% (563.8 mln. manat) artım olub.

Sentyabr ayında fiziki şəxslərin əmanətləri 2.2% (175 mln. manat) artaraq 8,114.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 9 ayında fiziki şəxslərin əmanətləri 7.6% artıb.

Bank sektoru cari ilin 9 ayı ərzində 509.1 mln. manat əməliyyat mənfəəti, 171.8 mln. manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı  2 479 olub. Bank  sektorunun  işçi  heyəti  sentyabr  ayında  0.8% (138 nəfər) artaraq 17 066  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 9 ayında sektorda çalışanların sayı 5.5% (895 nəfər) artıb.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
ƏDƏBİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə