Zaman nədi, an indi, Həyat keçir, yan indi, Düşün indi, qan indi; Ömür kimindi, kimin, İblisin, ya mələyin? Yaşamaq son nəfəsdi, Bəxtə düşmüş həvəsdi. Dillən, ay könül, bəsdi; Ömür kimindi, kimin, İblisin, ya mələyin? Oyuncağıq, sən demə, Boz dumana çən demə, Aldat bizi, sən demə: Ömür kimindi, kimin, İblisin, ya mələyin? Moskva, 2000
Bütün hüquqlar qorunur © 2023