Təqvim
ABA banklar üçün vahid zəmanət qaydaları hazırlayacaq
26 oktyabr 2018 - 14:07

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun iclası keçirilib.

BI xəbər verir ki, iclas zamanı bank qarantiyalarının uçotun aparılması və qarantiya üzrə benefisiar qarşısında öhdəliklərin icra olunması qaydaları, qarantiyaya xitam verilməsi, tələblərin ödənilməsi proseduru, vergi şərtləri və s. bu kimi məsələlər müzakirə edilib.

Əsas müzakirə olunan məsələlərdən biri də vahid “Bank qarantiyalar üzrə qaydalar”ın mövcud olmamasıdır, həmin qaydaların yerli qanunvericiliklə yanaşı unifikasiya edilmiş beynəlxalq qaydalara uyğunlaşdırılmasıdır. Növbəti müzakirə olunan məsələ respublikadaxili qarantiyalar üzrə tətbiq olunan formalar olub. Müzakirə nəticəsində qərar verilib ki, bu mövzuya düzəliş üçün qrup üzvləri fikir və rəylərini bildirəcək və müvafiq quruma tövsiyə məktubu ünvanlanacaq.

Sənədli akkreditivlər üzrə ayrıca qaydaların hazırlanması da qrup üzvlərinin müzakirə mövzusu olub. Belə ki, hazırda ayrıca qaydalar həm bank qarantiyaları üzrə, həm də sənədli akkreditivlər üzrə mövcud deyil. Buna görə də iclasda  Azərbaycan Mərkəzi Bankına (AMB)və Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlərin hazırlanması ilə bağlı təkliflər edilib. Həmin müraciətdə yeni qaydaların hazırlaması məqsədilə işçi qrupun yaradılması və bu qrupda ABA-nın “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə” Ekspert Qrupunun bəzi üzvləri də iştirak etməsi öz əksini tapacaq. 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə