Təqvim
Azərbaycanda yeni cərimələr müəyyənləşdi
04 fevral 2023 - 15:56

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib. 

 

Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

 

Dəyişikliklə məcəlləyə aşağıdakı məzmunda 362-3-cü maddə əlavə edilib:

 

“Maddə 362-3. Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi

 

362-3.1. Radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi radioelektron vasitələrin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə -

 

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər beş yüz əlli manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər üç min manat məbləğdə cərimə edilir.

 

362-3.2. Bu Məcəllənin 362-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

 

inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər səkkiz yüz manat məbləğdə, vəzifəli şəxslər iki min manat məbləğdə, hüquqi şəxslər dörd min manat məbləğdə cərimə edilir”.

 

Bundan başqa, məcəllənin 363-cü maddə yeni redaksiyada verilib:

 

“Maddə 363. Telekommunikasiya vasitələrindən və qurğularından qanunsuz istifadə edilməsi və onların qanunsuz dövriyyəsi

 

363.1. Sertifikatlaşdırılmamış telekommunikasiya vasitələri və qurğularından ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilməsinə görə -

 

inzibati xətanın törədilməsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər səksən manatdan yüz manatadək, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

363.2. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsinə və idxalına görə -

 

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər beş yüz manat məbləğdə, vəzifəli şəxslər doqquz yüz manat məbləğdə, hüquqi şəxslər min beş yüz manat məbləğdə cərimə edilir.

 

363.3. Bu Məcəllənin 363.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

inzibati xətanın törədilməsində istifadə olunan radioqəbuledici qurğular və radioötürücülər müsadirə edilməklə fiziki şəxslər min manat məbləğdə, vəzifəli şəxslər min beş yüz manat məbləğdə, hüquqi şəxslər iki min beş yüz manat məbləğdə cərimə edilir”.

 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə