Sənin həsrətinlə illər uzunu, Dolaşdım bir sevgi girinci kimi, Uydum, yaman uydum sənin sözünə, Sevgi ömrümüzdən illəri silib, Tənhayam, sevənə sevgisi – zindan, Oktyabr, 1998
Axtardım dünyanı, gəzdim dünyanı.
Gözəlim, əvəzsiz həmayıl bilib,
Sənin saçlarından asdım dünyanı.
Mən səni tapmışdım bir inci kimi,
Bir ömrün xoşbəxtlik sevinci kimi,
Sənin gözlərindən üzdüm dünyanı.
İsinə bilmədim sevgi közünə,
Mən həsrət qalandan qara gözünə,
Qara gözlərinə yozdum dünyanı.
Gülüb, həsrətinə ürəkdən gülüb.
Gözəlim, göyləri ağ vərəq bilib
Mən sənin adına yazdım dünyanı.
Sevirsə, nicatsız dustaqdır insan.
Qürbətdə ah çəkib, eyləyib fəğan,
Qocaldım, ömrümdən pozdum dünyanı.
Bütün hüquqlar qorunur © 2023