Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edib. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi İdarəsinin rəisi Orxan Məmmədov "Bİ" bildirib ki, sürücülər bir çox hallarda avtomobillərini məhz ağacların altında saxlayırlar: "Bu isə küləkli havada çox təhlükəlidir. Qurum sürücülərdən xahiş edir ki, avtomobillərini ağacların altında park etməsinlər". Qeyd edək ki, ötən axşamdan bəri əsən güclü külək paytaxtın müxtəlif ünvanlarında 30-a yaxın ağacın aşması və budaqlarının sınması ilə nəticələnib. Sakinlərin müraciətləri əsasında həmin ərazilərə işçi qüvvəsi cəlb olunub, qırılmış budaqlar və aşmış ağaclar ərazidən götürülüb.
Bütün hüquqlar qorunur © 2024