Təqvim
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI
26 yanvar 2023 - 23:22

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb

Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə