Təqvim
Ronaldo üçün eksklüziv saat hazırlandı
25 yanvar 2023 - 22:18

Dəbdəbəli saat istehsalçısı “Jacob & Co” Ronaldo üçün eksklüziv saat yaradıb.

Xüsusi model “Caviar Flying Tourbillon” qranatların ən bahalısı olan parlaq yaşıl tsavoritlərlə bəzədilib. Tsvoritlər qranatların ən bahalısı və nadiridir. Onlara təbiətdə zümrüdlərdən təxminən 200 dəfə az rast gəlinir. Çox bahalıdır və rənglərinə görə tez-tez zümrüdlərlə qarışdırılsalar da, daha parlaqdırlar. Ronaldo saatı bu daşlardan 300-ü ilə bəzədilib. Korpusun özü ağ qızıldan, qayışı isə timsah dərisindən hazırlanıb. Saat 780 min dollar dəyərində qiymətləndirilir.
Rəng Səudiyyə Ərəbistanı mədəniyyətinə hörmət olaraq yaşıl seçilib. Bildiyimiz kimi yaşıl İslam simvoludur və Məhəmməd peyğəmbərin sevimli rəngi hesab olunur.

Modelin təkrarı olmayacaq, Kriştiano Ronaldo üçün tək nüsxədə hazırlanıb.

Ronaldo şəxsi təyyarədən foto yayımlayaraq artıq saatını nümayiş etdirib. Xarici media isə bunu “Dəbdəbə nümayiş etdirməkdə sevgilisi ilə yarışır” şərh edib.

Qeyd edək ki, tsavoritlər ilk dəfə Afrikada 1967-ci ildə Tanzaniyanın şimal-şərqindəki dağlarda britaniyalı geoloq Kempbell tərəfindən tapılıb.

İlk yatağın yaxınlığındakı Tsavo çayının adını daşıyır. İlk dəfə tsavoritlər Tiffany & Co-da zərgərlər tərəfindən öz məhsullarında istifadə edilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında Kriştiano Ronaldo hələ də paytaxt Ər-Riyadın mərkəzindəki lüks oteldə yaşayır. Onun 17 otaqdan ibarət suiti bütün mərtəbəni tutur.

Sevgilisi Georgina Rodriguez isə köçdükdən sonra imicini dəyişməli olub. Səudiyyə Ərəbistanında yerli geyim koduna görə mini və dekolteli geyinə bilməz. Bundan əlavə onun tez-tez instagramda özünü Kardaşyana bənzətməsi və dəbdəbə nümayişi həm sosial şəbəkə istifadəçiləri, həm də media tərəfindən gülüş hədəfinə çevrilir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
MƏDƏNİYYƏT
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə