Təqvim
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO
25 yanvar 2023 - 21:44

Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqların icrası, əhalini narahat edən problemlərin yerlərdə həlli məqsədilə Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazilərdə səyyar qəbulları davam edir.

RİH başçısı Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Ərkivan qəsəbəsində keçirib.
Yanvarın 25-də “Ərkivan” şadlıq sarayında gerçəkləşən görüşdə rayon rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar, ziyalılar, qəsəbə sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüş iştirakçılarını salamlayan RİH başçısı Araz Əhmədov səyyar qəbulu açıq elan edib.

Vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin dövlətimizin əsas strateji vəzifələrindən olduğunu diqqətə çatdıran rayon rəhbəri respublika Prezidenti cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində zamanla problemlərin aradan qaldırıldığını və əhalinin sosial rifahına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb: “İstər ərazilərdə keçirilən səyyar qəbullarda, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur...”

10 avqust 2022-ci il tarixdə Ərkivan ərazisində sakinlərlə görüşü zamanı edilən müraciətlərin həlli ilə bağlı məlumat verildikdən sonra İcra başçısı qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı onların müraciətlərini dinləyib.

Sakinlərdən Əfrail Fərziyev, Həmid Mənsimov, Akif Ağayev, Müşfiq Nuriyev, Rəna Qurbanova, Cəfər Cəfərov, Məmmədağa Şiriyev, Firdovsi Abbasov, Ramiz Əliyev, Mənijə Yəhyayeva, Mirəyyub Əliyev, Elmira Kazımova, Niyaz Abiyev, Səxavət Səfərov qəsəbə mərkəzində işıqforun quraşdırılması, 1 və 3 saylı məktəblərin təmiri və ya tikintisi, Bağlakücədə abadlıq işlərinə maneçilik törədən qaz xəttinin yerinin dəyişdirilməsi, piyada keçidləri, qəsəbənin tanınmış insanlarının adlarının əbədiləşdirilməsi, sosial evlərin tikintisi, Allahyarlı, Qızlaküçə və digər yaşayış massivlərinə asfalt örtüyü döşənməsi, su-kanalizasiya xəttinin çəkilməsi, SİP kabelləşmə, rabitə xəttlərinin yenilənməsi və s. məsələlər barədə müraciət və təkliflərini səsləndiriblər.

Çıxışlarda rayonda, o cümlədən qəsəbədə görülən işlərə, əhaliyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Görüşü yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov həlli mümkün məsələlərin icrası istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verib. Bir neçə müraciətlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verilib, digərləri nəzarətə götürülüb.

Akif AĞAYEV.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Gülağa Tənha: DEYİR12:35, 31 mart 2023
İran-Azərbaycan sərhədində əməliyyat - SAXLANILANLAR VAR12:31, 31 mart 2023
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib 12:28, 31 mart 2023
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə