Döymə taxta qapımı, Yaxşılığın, kövrəkliyin yoluyam, Bakı, 30 may, 2006
döyərlər dəmir qapını.
Atalar sözü
Zülmət boğan işıq ilə doluyam.
Sən şeytanın, mən Allahın quluyam,
Nə döyürsən mənim taxta qapımı?
Əllərini sinən üstə qoy görüm,
Günahını ürəyində say görüm.
Hünərin var sözlərimi döy görüm,
Nə döyürsən mənim taxta qapımı?
Kişilənib yolu-izi söymə sən,
Dünənini gözə soxub öymə sən.
Günahını daş eləyib döymə sən,
Nə döyürsən mənim taxta qapımı?
Hər kəlmənə söz qınağı deyiləm,
Tamahına sinə dağı deyiləm.
El oğluyam, sənə yağı deyiləm,
Nə döyürsən mənim taxta qapımı?
Ürək nədi? Duyum bilən deyilsən,
Haqq bilir ki, haqdan gələn deyilsən.
Zalım oğlu, ağacdələn deyilsən,
Nə döyürsən mənim taxta qapımı?
Ürəyinin göynəyini saxla, döy,
Yaşıl rəngli eynəyini yoxla, döy.
Qeyrətinin köynəyini qoxla, döy,
Nə döyürsən mənim taxta qapımı?
Gələsiyəm bilə-bilə qapına,
Tanrımızdan sehr dilə qapına…
Vahiməni kilid elə qapına,
Döyəcəyəm sənin dəmir qapını!
Nə döyürsən mənim taxta qapımı?..
Bütün hüquqlar qorunur © 2023