Latviya hakimiyyəti Rusiya səfiri Mixail Vaninə fevralın 24-dək ölkəni tərk etməyi tapşırıb. Bu barədə bazar ertəsi Baltikyanı Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb. "Rusiyanın səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviya Respublikasının Rusiya Federasiyasındakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək",- nazirliyin rəsmi məlumatında deyilir.
Bütün hüquqlar qorunur © 2023