Təqvim
Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı
19 yanvar 2023 - 11:21

Masallıda şəhid ailələri və qazilərin mənzil-məişət şəraiti diqqətdə saxlanılır

Respublika Prezidenti cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında şəhid ailələrinə, müharibə veteranlarına və qazilərin problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın hər yerində olduğu kimi Masallı rayonunda bu həssas təbəqənin nümayəndələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq, rayonun Böyuk Xocavar kəndində Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Bəyalı İlyas oğlunun 82 yaşlı anası Mustafayeva Tahirə Rəşid qızına üç otaqlı, bir mərtəbəli ev tikilərək, 14 dekabr 2022-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov tərəfindən təqdim edilib.

18 yanvar 2023-cü il tarixdə Tahirə Mustafayevaya təqdim olunan evin bütün mebel və məişət əşyaları, rayonun Çaxırlı kəndində isə digər şəhid Gözəlov Ziya Zahid oğlunun yaxın günlərdə ailə həyatı quracaq bacısına cehizlik mebel və məişət əşyaları Dövlət başçısı cənab İlham Əliyev tərəfindən hədiyyə olunub.

Şəhid Ziya Gözəlovun bacısı, atası Zahid İbrahimov, şəhid Bəyalı Məmmədovun anası Tahirə Mustafayeva onlara göstərilən yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirib, rayon rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq ziyarət olunduqları və qayğıları ilə maraqlandıqlarını qeyd ediblər.

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
İlham Əliyevin adından Əbdülfəttah Əs-Sisinin şərəfinə nahar verilib 14:24, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər +FOTO13:13, 28 yanvar 2023
Azərbaycan-Misir sənədləri imzalanıb +FOTO=213:07, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə görüşü olub 13:02, 28 yanvar 2023
Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub +FOTO=212:23, 28 yanvar 2023
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub +FOTO11:15, 28 yanvar 2023
GÜLAĞA TƏNHA: NECƏ UNUDARSAN19:17, 27 yanvar 2023
Baş katib Azərbaycan xalqına başsağlığı VERDİ19:01, 27 yanvar 2023
İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terroru pislədi 18:43, 27 yanvar 2023
Gömrük Komitəsində əməliyyat: Rüşvət alan vəzifəlilərlə bağlı MƏHKƏMƏ QƏRARI23:22, 26 yanvar 2023
GÜLAĞA TƏNHA: DƏLİ EŞQİM16:28, 26 yanvar 2023
Rusiyaya işləyən ukraynalı polkovnik-leytenant həbs edildi 16:15, 26 yanvar 2023
Mirzoyan Borrellə Laçın yolunu müzakirə etdi 22:21, 25 yanvar 2023
Ronaldo üçün eksklüziv saat hazırlandı 22:18, 25 yanvar 2023
Mikroavtobusla yük maşını toqquşdu 22:12, 25 yanvar 2023
Norveç "Leopard 2" tankı tədarük EDƏCƏK22:11, 25 yanvar 2023
Masallı RİH başçısının Ərkivan qəsəbəsində səyyar görüş-qəbulu +FOTO21:44, 25 yanvar 2023
Ukrayna ordusu 30 dəqiqəyə rusların üç helikopterini məhv edib 15:55, 24 yanvar 2023
Alimpaşa Məmmədovun əhalinin siyahıya alınmasına görə mənimsədiyi MƏBLƏĞ15:26, 24 yanvar 2023
GÜLAĞA TƏNHA: NƏ DÖYÜRSƏN MƏNİM TAXTA QAPIMI 14:55, 24 yanvar 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə