Sevmərəm dünyada mən hər gözəli, Hər gözəl üzlüdən mənə yar olmaz. Yerişi şux gərək, sözü məzəli, Bir acı sözlüdən mənə yar olmaz. Qadın gözəlliyi – onun ürəyi, Onun şirin dili – duzu-çörəyi, Dar gündə ərinin olsun dirəyi, Gərəksiz nazlıdan mənə yar olmaz. Gözəllik – çoxunda gözəl bir tələ, Budaqdan budağa tullanan dələ. Sevgisi köç edən ürəkdən dilə, Ürəyi buzludan mənə yar olmaz. Gülağa, bivəfa bayquş tək olar, Özü öz qəlbini odlara salar. Eşqilə oynayar, özü mat qalar, Hiyləgər gözlüdən mənə yar olmaz. Bakı, iyul, 1992
Bütün hüquqlar qorunur © 2023