İrlandiya hökuməti ordunun xüsusi təyinatlılarını Kiyevə göndərməyi planlaşdırır. Bu barədə ölkənin "The Irish Times" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, xüsusi təyinatlılar 2022-ci ilin avqustunda yenidən açılan İrlandiya səfirliyinin təhlükəsizliyini və səfir Tereza Hilinin şəxsi mühafizəsini təmin edəcək. Qeyd olunur ki, mühafizəçilərin göndərilməsi məsələsi 2022-ci ildə gündəmə gətirilib.
Bütün hüquqlar qorunur © 2023