Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər qarşıladılar.
Bütün hüquqlar qorunur © 2023