Moldovanın şimalında Ukrayna ilə sərhədə raket qalıqları düşüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Raketin qalıqları Briceni rayonunun Largi kəndi yaxınlığında aşkar edilib. Hadisə yerində fövqəladə hallar xidməti araşdırma aparır. Məlumata görə, artıq üçüncü dəfədir Moldova ərazisinə raket qalıqları düşür. Əvvəlki hallarda olduğu kimi, müvafiq qurumlar tərəfindən müəyyən edilmiş qaydada bütün zəruri tədbirlər görülür", - Daxili İşlər Nazirliyi bildirib.
Bütün hüquqlar qorunur © 2023