ABŞ vətəndaşı Raymond Robertsin şans oyunu üçün aldığı 6 biletin hamısı cekpot qazanıb. 20 ildir şans oyunları oynayan Vyetnam müharibəsi veteranı dekabrın 15-də Massaçusetsdəki bir dilerdən 6 bilet alıb. Robertsin ad günləri və yubileylərindəki rəqəmlərin kombinasiyasından seçdiyi 6 biletin hamısı cekpotu qazanıb. Roberts təxminən 2 milyon və 20 il ərzində hər il ödəniləcək 25 000 dolların sahibidir.
Bütün hüquqlar qorunur © 2023