Təqvim
Erməni qumarbaz Ukraynada etiraz yaratdı
20 dekabr 2022 - 21:16

Erməni iş adamları Ukrayna biznesində "Rusiyaya qarşı mübarizə" adı altında qumar və mərc sektorundakı digər şirkətləri bazardan kənarda saxlamağa çalışırlar.

 

Bu barədə Ukraynanın “Apostrof” qəzeti yazır.

 

Oktyabrın 30-da Ukrayna prezidentinin saytında “Təcavüzkar dövlətlə əlaqəli və Ukraynada Rusiya biznesinə dəstək verən şirkətlərə qarşı sanksiyaların tətbiqinə dair” petisiya başladı. Beləliklə, Ukraynada bütün onlayn kazino və bukmeker kontorlarına lisenziya verən KRAIL-in (Qumar və Lotereya Oyunlarının Tənzimlənməsi üzrə Komissiya) siyahısında olan şirkətlərin əksəriyyəti bağlanma riski qarşısında qaldı. Amma bu gün həmin şirkətlər qanuni fəaliyyət göstərir, bütün lazımi lisenziyalara malikdir.

 

Petisiyanın müəllifi, fotoqraf Viktoriya Melyuşkova müştərisi "VBet" bukmeker kontoru olan “Business Tuning Center” reklam agentliyinin keçmiş əməkdaşıdır.

 

"VBet"in sahibi Ermənistan vətəndaşı Vigen Badalyandır. Badalyan şirkətləri vasitəsilə Rusiyanın “Fonbet” bukmeker kontoru ilə əməkdaşlıq edir. Bundan əlavə, o, “Fastex” şirkəti vasitəsilə Rusiya Poker Turuna sponsorluq və oyunları təşkil edir.

 

"VBet" 2021-ci ilin yayında “Favbet” şirkətini Ukrayna Premyer Liqasının sponsorluğundan çıxarıb. Bu, “Favbet”in ofislərində aparılan axtarışlarla üst-üstə düşüb. Sonradan "VBet" milli komandanın sponsoru olub. Ötən mövsüm "VBet" Ukrayna klublarına 1 milyon dollar ödəməli idi, amma onlar cəmi 720 min dollar alıblar.

 

“Ukraynanın vətənpərvər formalarını mənimsəyən erməni şirkəti Ukraynada qumar və mərc biznesini ələ keçirir. Bu, həssas məsələdir. Çünki Ermənistanın kimin siyasi təsiri altında olduğunu hamı bilir”, - nəşr yazır.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
...
Məşhur TikToker həbs olundu20:39, 30 mart 2023
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi 16:10, 30 mart 2023
İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib +FOTO=1915:48, 30 mart 2023
Misir məbədində 2 000 ədəd qoç başı tapdılar 14:50, 30 mart 2023
Azarkeşlərə şad xəbər: Tüstülü bombalara icazə verildi14:37, 30 mart 2023
Gülağa Tənha " Sənsizlik" klipi... (+ViDEO)12:16, 30 mart 2023
Rusiyalı deputat müharibədə ÖLDÜRÜLDÜ12:13, 30 mart 2023
İsrail Suriyanın paytaxtı Dəməşqi VURDU12:10, 30 mart 2023
Türkiyədə yenə zəlzələ OLDU22:34, 29 mart 2023
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi 17:57, 29 mart 2023
Şair Gileyli Bəylər Gülağa Tənhaya həsr etdiyi şeiri oxuyur 17:07, 29 mart 2023
İlham Əliyev deputata qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ17:05, 29 mart 2023
Ermənilər Kəlbəcərin Mehmana kəndindəki yunan kilsələrini dağıdıblar 22:26, 28 mart 2023
Paşinyanın partiyasından olan deputat Putini həbslə HƏDƏLƏDİ22:22, 28 mart 2023
Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi22:18, 28 mart 2023
200 min manata civə satarkən tutuldu 15:09, 28 mart 2023
Tatlısəs millət vəkili olmaq üçün 5-ci dəfə cəhd edir15:06, 28 mart 2023
Gülağa Tənha: Keçmişi fəhlə olan azərbaycanlı milyonçu haqqında bilmədikləriniz…15:03, 28 mart 2023
Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndə təyin etdi 14:57, 28 mart 2023
Bakı sakinin polis bölməsində öldürülməsi barədə RƏSMİ AÇIQLAMA15:37, 27 mart 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə