Səni tanıyalı, səni sevəli, Sənə bağlı idi sevincim, qəmim. Kaş sənin eşqinlə odlanmayaydım, İndi alışmazdı, gülüm, ürəyim. İllərə yem oldu bu arzu, istək, Tarix dəyişsə də zaman yaşayır. Sevgi bir ödəncdi, ömürdə-gündə Ümidə bürünmüş güman yaşayır. İndi aramızda əsir küləklər, Taleyin hökmüdür – qəsdidir, əsir. Qoy əssin telini daraqlayaraq, Mənim həsrətimin özüdür, əsir. İyul, 1975
Bütün hüquqlar qorunur © 2023