Ağır-ağır qar yağır; Yenə qışdı, sazaqdı. Nə olsun ki, ünvanım Kimiyə çox yaxındı, Kimiyə çox uzaqdı… Qəhər üzülən deyil Dünyanın yaxasından. Neçə vaxtdı ürəyim Kimiyə ev-eşikdi, Kimiyə qara zindan… Yox, yox, dondura bilməz Bu yağan qar ağacı. Mən Tənhayam… Ürəyim Kimiyə var ağacı, Kimiyə dar ağacı… Fevral, 2008
Bütün hüquqlar qorunur © 2023