Təqvim
"Eşşək ferması qanunsuz fəaliyyət göstərir" - RƏSMİ AÇIQLAMA
25 oktyabr 2018 - 15:55

"Ulaq südünün müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir"

"Son günlər bir sıra kütləvi informasiya vasitələri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyətə başlamış ulaq təsərrüfatı və ulaq südündən istifadə olunması müsbət bir yenilik kimi ictimaiyyətə təqdim olunur. Heç bir elmi əsaslara söykənmədən, həmin məhsullardan istifdə olunması istiqamətində əhali arasında təbliğat işləri həyata keçirilir".

Bu , Qida Təhlükəsizliyi Agentliyindən "Bİ"yə daxil olmuş açıqlamada deyilir

Açıqlamada qeyd edilir ki, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirmiş və məlum olmuşdur ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlamışdır. Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim etmiş və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan məhsulun satışına başlamışdır. Qeyd olunanlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı, Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülmüş, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim edilmişdir.

 

Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu insanlar arasında çaşqınlığa gətirib çıxarır. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur.

 

Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil.

 

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq.

Sosial şəbəkələrdə paylaş:
Müəllif:
Kateqoriya:
Aqrar
Gülağa Tənha bir il sonra16:15, 19 fevral 2020
Gülağa Tənha Qocalar evi12:54, 18 fevral 2020
Gülağa Tənha sevgi və ailə haqqında18:17, 17 fevral 2020
Gülağa Tənha SEVGİ15:02, 14 fevral 2020
Gülağa Tənha Allaha inam14:00, 13 fevral 2020
Gülağa Tənha "Bu kənd məni tanımadı"13:02, 12 fevral 2020
İlham Əliyev Xalq artisti Əlibaba Məmmədova Şərəf ordenini təqdim edib - 18:15, 11 fevral 2020
Gülağa Tənha haqqında deyilənlər13:49, 11 fevral 2020
Gülağa Tənha " Barmaqların hikməti "12:34, 10 fevral 2020
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Aşağı Göycəli, Xətai və Aşağı Kəsəmən kəndlərində seçicilərlə görüşüb 15:33, 07 fevral 2020
Gülağa Tənha Xəzər televiziyasının canlı yayımında14:55, 07 fevral 2020
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa şəhərində ağsaqqal və ziyalılarla görüşü 15:44, 06 fevral 2020
Gülağa Tənha Tarixi görüş13:56, 06 fevral 2020
“Qürbətdən Vətən Sədaları: İsrail-Azərbaycan” layihəsi baş tutdu 16:22, 05 fevral 2020
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun yenidən qurulması bu il yekunlaşacaq 16:17, 05 fevral 2020
Müdafiə naziri HDQ-nin müasir Dalğıc Təlim Poliqonunun açılışında iştirak edib 16:14, 05 fevral 2020
Naxçıvan Qarnizonu qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər 16:06, 05 fevral 2020
Nar qabıqlarını ZİBİL Qutusuna ATMAYIN! - 10 dəqiqə qaynadıb içsəniz. 15:36, 05 fevral 2020
Qoşunlarda yeni tədris dövrü başlayıb 15:33, 05 fevral 2020
Gülağa Tənha düşüncəsi13:37, 05 fevral 2020
 

Bütün hüquqlar qorunur © 2020

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə