Ermənistanın Qeqarkunik rayonundakı Nerkin Getaşen-Martuni yolunda iki avtomobilin toqquşması yanğına səbəb olub. Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yanvarın 7-də saat 16:21 radələrində baş verib. Shamshyan.com kriminal xəbər saytının məlumatına görə, iki “Opel” markalı avtomobilin toqquşması nəticəsində yanğın baş verib. Maşınlardan birində 3 cəsəd, digərində isə 2 yanmış cəsəd tapılıb.
Bütün hüquqlar qorunur © 2023