Təqvim
Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib
27 may 2024 - 22:58

Masallı məktəblərində Müstəqillik Günü ilə bağlı tədbirlər keçirilib

 

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 May – Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərə müstəqillik tariximiz haqqında ətraflı məlumat verən müəllimlər bildiriblər ki, 1918-ci ildə yaradılan, 1991-ci ildə ikinci dəfə müstəqilliyini bərpa edən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda inamlı addımlar atan ölkəmiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ən qüdrətli dövrünü yaşayır. 
Tədbirlər çərçivəsində şagirdlər arasında bilik, şeir, rəsm, idman müsabiqə və yarışları keçirilib, məktəblilərin ifalarında vətənpərvərlik mövzusunda şeirlər, nəğmələr səsləndirilib, rəqs nömrələri nümayiş etdirilib.
Bundan əlavə dövlətçilik tariximizdən bəhs edən sənəli filmlərə, fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib, muzeylərə ekskursiyalar təşkil edilib.

 

Akif AĞAYEV

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə