Təqvim
“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir
15 may 2024 - 19:50

“Sağlam ailə, davamlı gələcək” – Masallıda tədbir 

 

Masallıda 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.
“Sağlam ailə, davamlı gələcək” adlı tədbir rayon icra hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. 
Gənclər evində təşkil edilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqal və ziyalılar və gənclər iştirak edinlər.
Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə bağlılığından asılıdır: “Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Azərbaycan ailəsi dünya ölkələri sırasında seçilir və öz uğurlu modelini dünya səviyyəsində tanıtdırır, müxtəlif ölkələrlə öz təcrübəsini bölüşür. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər demişdir: “Ailədaxili münasibətlər cəmiyyətdaxili münasibətlərin güzgüsüdür. Bu güzgünün aydın, gözəl və dayanıqlı inikas etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəmizi layiqincə yerinə yetirməliyik. Çünki hər bir ailədə böyüyən və tərbiyə alan insan bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də biz ailələri qorumalıyıq. Sağlam ailə - sağlam cəmiyyət, sağlam cəmiyyət isə sağlam və xoşbəxt dünya deməkdir”. 
Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Bu məsələyə böyük həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Ölkə rəhbəri 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dövlətində ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ailəyə dövlət qayğısını təmin edir. Ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır. Azərbaycan Respublikasının "Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunları hüquqların bərabərliyi istiqamətində atılmış ən uğurlu addımlardandır.
Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.”
Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov İslam dinində ailə əxlaqı, ailə təməli və qarşılıqlı hüquqlardan, ailə münasibətlərindən, Masallı Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin rəisi Rabi İsayev ailə məcəlləsi, nikah müqaviləsi anlayışı və nikahın qeydə alınmasından danışıblar. 
Evliliyinin 52-ci ildönümünü yaşayan 1943-cü il təvəllüdlü Sadıqov Əsəd Nəsir oğlu və həyat yoldaşı 1952-ci il təvəllüdlü Sadıqova Laləzar Fərhad qızı, həmçinin 1945-ci il təvəllüdlü Ağayev Vəkil Novruz oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Ağayeva Elmira Abuş qızı uzun ömürlü ailənin sirri, dəyərlər, valideyn-övlad münasibətlərinin düzgün qurulması barədə gənclərə tövsiyələrini verib, tədbirin təşkilinə görə rayon rəhbərinə və əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.
Dəvət edilmiş uzun ömürlü ailələrə və yeni ailə qurmuş gənclərə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr verilib.
Tədbirin sonunda 15 May – Beynəlxalq Ailə Günü münasibətilə Masallı Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində nikaha daxil olmaq üçün müraciət etmiş iki gəncə RİH başçısı Araz Əhmədov tərəfindən “Nikah Haqqında Şəhadətnamə” və qiymətli hədiyyələr təqdim olunub.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə