Təqvim
Mən bu yurddan gedər oldum, qalanlara salam olsun Zahir Əmənov dedi, yazdı və saxollaşıb getdi...
07 yanvar 2024 - 20:49


Mən bu yurddan gedər oldum, qalanlara salam olsun

(“Getdim” deyəndə, elə də uzağa getməmişəm, sadəcə Masallıdan Bakıya köçdüm)

 

Düzü, 2022-il ildə 70 yaşım tamam olanda jurnalistika ilə vidalaşmaq istəyirdim. Lakin, ad günümə 2 ay qalmış şərlənib həbs olunmağım, 2 gündən sonra isə azad olunmağım vəziyyəti dəyişdi. Düşündüm ki,   belə məqamda rayonla, həm də jurnalistika ilə vidalaşmağım o anlama gələr ki, “2 gün həbsdə qaldı “dözəmmədi zindana”. 

Bəziləri hətta üzümə deyirdi ki, nə oldu, qorxdun? Dedim, bəli, qorxdum. Amma həbsxanadan yox,  dost bildiyim, arxa bildiyim bəzi “şəxsiyyətlərin(ciyəzlərin)”, rayon dolusu “şan-şöhrəti”, sinə dolusu orden-medalı olanların riyakarlığından, filan-filan şura sədrlərinin“siçan” deşiyinə necə girdiyindən (hələ də çoxları oradan çıxmayıb), o vaxtki rəhbərliyin xoşuna gəlmək üçün “müdrikcəsinə” miskinlik və rəzillik donuna  girib xalqa yalandan mərdlik, kişilik dərsi keçmələrindən“qorxdum”. Dar günümdə itkin düşüb, ad günümdə, şad günümdə bitənlərdən qorxdum.

Heç kimdən küsməmişəm, ruhdan da düşməmişəm. Sadəcə ataların “O yerdə ki Yağla Şorun qiyməti bilinmədi,  oradan qaç qurtar” məsəlinin bariz nümunəsini görüb, bu qərarı verdim.

Əslində heç nə gözlənilməz deyildi. Ancaq inana bilmirdim ki, bu boyda “adamlar” bu qədər nimdaşlaşa, ucuzlaşa bilər.

Gördüm ki, əyalət jurnalistikası hamının gözü qarşısında can verir. Nə tariximizi, nə mədəniyyətimizi vecinə alan yoxdur. Bir ağsaqqal demişkən, kiminsə əli heç yerə çatmyanda, ya molla olur, ya jurnalist. Necə deyərlər,  indi jurnalist "libasında" Həsən də qəlyan çəkir, Hüseyn də qəlyan çəkir.

Əvvəl ancaq tərif yazanları qınayırdım. Sonra gördüm ki, onlar tərif bazarının damarın yaxşı tutublar. Tərif xəstələri o qədər çoxalıb ki, tərcümeyi-hal, başsağlığı “jurnalistikasl” o qədər artıb ki, onlar da həmin bazara işləyirlər. Çıraqla axtarsan, əyaltə mətbuatında (qələm dostlarım İldırım Şükürzadə, Xodaşirin və bir neçə nəfər istisna olmaqla )  araşdırma yazıya rast gəlməzsən. 

Nöqsanlara baxış dəyişib və daha da maraqlı forma alıb - əvvəl tənqid yazmağa imkan vermirdilər, indi bəzi noqsanları  hətta hökumət TV kanalları daha kəskin tənqid edir, sadəcə əhəmiyyət verən yoxdur, yəni nə danışırsan, danış, nə yazırsan, yaz.

Az-maz normal qabiliyyəti olanlar Savadını da, Cəsarətini də... satışa çıxarıb. Yazı yazmaq yox, indi yazdığını silmək (kobud da səslənsə də, "tüpürdüyünü yalamaq") hünər, çörək yeri sayılır, Həyasızlıq getdikcə daha güclü silah olur.  Nə isə...

Rayondan getsəm də, jurnalistikadan tam getmirəm. Operativ jurnalistika ilə fiziki imkanlarımla bağlı bir qədər vidalaşsam  da, arabir araşdırma yazılarla, bəzi replikalarla görüşünüzə gələcəyəm. Əsası isə insanların hər şeyə hədsiz biganəliyi, pölüşkəmiş insanların meydan sulamağı, çəkilən əziyyətlərə dəyər verilməməsi adamı çox işdən soyudur.

Əsas hədəfim isə 30  ildən artıq bir müddətdə intensiv şəkildə məşğul olduğum  jurnalist fəaliyyətim barədə kitab yazmaq, yüzlərlə araşdırma yazılarımı, ölkənin 50-dən artıq tanınmışı ilə aldığım müsahibələri, bu gün də təsirini itirməyən, verdiyim mövzular üzrə çəkilən karikaturaları... kitab halına salmaq istəyirəm.

Rayondan köçən zaman isə özümlə götürdüyüm əsas “yük” bu müddətdə rəhbərliyimlə işıq üzü görən 400-dən artıq müstəqil qəzetlərdir.

Kimsə düşünməsin, rayondan qaçdım. Yox, özümdən qaçdım,  5-10 qat maskalanmış adamlardan qaçdın.

Hər yerdə olduğu kimi 230 minlik Masallıda da çox Savadlı, Məntiqli, Cəsarətli ...insanlar var. Lakin onların bu cəsarəti  ofislərindən, evlərindən... kənara çıxmır. Bir də onların özünə toxunanda cəsarəti, qeyrəti "fontan" vurur. (Hərəsinin öz "həyasızı", öz "üzəduranı", öz "reketi" var) Bir “bəyənmə” düyməsin basmağa cəsarəti çatmayanlar, savadına, təcrübəsinə çirkinliklərdən təzə don geyindirənlər bizə qəhrəmanlıq dərsi keçir. 

Təvazökarlıqdan çox-çox kənar olsa da, V. Hüqonun“Dahilər kəndlərdə doğulur, şəhərlərdə ölür” deyimi ilə özümə təsəlli versəm də, bir müddət kənarda qalmağa, unudulmağa qərar verdim. (Rəhbərliklə çox normal münasibətlər olsa da, hər hansı təzyiq filan olmasa da...)

 Eyni vəzifələrdə eyni sifətlərə baxmaqdan bezdik. Neynəyək ki, Ağıllılıq xəstəliyinə tutulanlar, Cəsarətsizliyinə müdriklər donu  geyindirənlər, Taleyi ilə barışanlar, hətta Acizliyi ilə fəxr edənlər günbəgün çoxalır ki, azalmır.

Qıcqırmış vicdanları ilə mühüm postları illərlə zəbt edənlər, hər başçıya yarayanlar hələ də yuxarı başda oturur, bu günləri də belə, ölümdən sonrakl günləri üçün baza yaradırlar - fəxri ad, Həcc, Kərbala ziyarəti, özləri haqqında, büst, kitab, kino... Dünən mənə yalandan filankəsdən yazma, bu başqa adamdır və sair deyənlər, mən susub yazmayanda, adama heç salam vermirlər. (Yəni, əslində onların “yazma” deməsinin tərcüməsi, "daha kəskin yaz" demək idi). Nə isə. Söhbət çox uzandı. Bir az dincələk. Həyat bir günlük, beş günlük deyil. 

Meydanı sizə verdik. Görüşənədək. Arzu etdiklərinizi tapa, oxuya bilməsəniz, uzaqda deyilik.

Cenub.az. Zahir Əmənov

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ORDU QURUCULUĞU
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə