Dövlət Kömrük Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib Dekabrın 26-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Masallı şəhərində vətəndaşları qəbul edib.
Qəbuldan öncə Komitə sədri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ulu öndər Heydər Əliyevin Masallı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra DGK-nın sədri Şahin Bağırov Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda Masallı və Yardımlı rayonlarından olan sakinlərlə görüşüb.
Qəbul zamanı vətəndaşların işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələlərilə bağlı müraciətləri dinlənilib.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bütün hüquqlar qorunur © 2025