CAN VƏTƏN xəbər verir ki, "Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub. Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilib. İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb. İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak edib.İlon Mask Bakıdakı konqresdə sualları cavablandırdı
“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.
Bütün hüquqlar qorunur © 2024