Təqvim
BƏYBALA MİRZƏYEV: Faciələrə vərdiş edən ölkə...
17 sentyabr 2023 - 07:17

BƏYBALA MİRZƏYEV:

Faciələrə vərdiş edən ölkə...

Bu bir müsəlman ölkəsidir - adı Liviyadır. Ərəbcə adı - "Daulat Libya"dır - yəni ki, Liviya Dövləti. BMT sənədlərində isə bu dövlət hələ də Müəmmər Qəddafinin dövründəki kimi - Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi adlanır. 
Tarixdə Liviya adlı dövlət olmayıb. Bu dövlət 1949/51-ci illərdə italyan-amerikan layihəsi kimi ortaya çıxıb, müstəqil dövlət statusu qazanıb. 
ABŞ və onun koalisiya ortaqları (kollektiv Qərb) 2011-ci ildə Müəmmər Qəddafini "Ərəb baharı" dalğasının axınında devirəndən sonra Liviya xalqı necə deyərlər, yağışdan çıxıb, yağmura düşüb. 
Amerikan süngülərində Liviyaya gətirilən Qərb "demokratiyası" liviyalılara xoşbəxtlik gətirmədi. Liviya dövlət kimi 3-4 əraziyə bölündü. İndi orada vahid dövlət, mərkəzi hakimiyyət yoxdur. 
Qəddafi Liviyasının yerində yaranan həmin kiçik dövlətlər bir-birilə savaşır. Liviya xalqı artıq 10 ildən çoxdur ki, qardaş qırğınları, vətəndaş müharibəsi şəraitində yaşayır. 
ABŞ-ın oradakı şeytanlığı azmış kimi Rusiya və Fransa da Liviyada daim ortalığı qarışdırır. Yalnız Türkiyənin sayəsində Liviyanın mərkəzi hissələrində müəyyən qədər sabitlik yaransa da, lakin bu sabitlik də nisbidir, kövrəkdir. 
Sabitliyin, rahat yaşamın, hüzurun nə demək olduğunu artıq çoxdan unutmuş Liviya xalqı sanki Tanrının cəzasına məruz qalırmış kimi həm də bugünlərdə olduqca dəhşətli bir təbii fəlakətlə üzləşdi. 
Liviyada “Daniel” qasırğası baş verdi və bu qasırğanın yaratdığı dağıntılarda ölənlərin sayı 10 min nəfərdən çoxdur.
“The Telegraph” nəşrinin məlumatına görə, “Daniel” qasırğası sahilyanı Derna şəhərini və ölkənin digər şərq hissələrini vurub. Daşqınlar təkcə Dernada ən azı 5300 nəfərin ölümünə səbəb olub. Bu şəhərin böyük bir hissəsi yer üzündən silinib. 
Beynəlxalq humanitar yardım təşkilatlarının işçiləri şəhərin mərkəzindəki dağıntıları belə təsvir ediblər: “Minlərlə itkin və on minlərlə evsiz. Cəsədlər hər yerdədir: evlərdə, küçələrdə, dənizdə. Hara getsəniz, ölü kişilər, qadınlar və uşaqlarla rastlaşacaqsınız”.
Ölənlərin və itkin düşənlərin sayı o qədər çoxdur ki, bu qasırğanı və qasırğa nəticəsində böyük su bəndinin partlamasını Liviya üçün hətta Apokalipsis adlandıranlar da var. 
Gecə saatlarında baş verən qasırğa nəticəsində ölən on minlərlə liviyalını xilasedici heyətlər kütləvi "qardaşlıq qəbristanlıqları"nda dəfn etməyə məcbur olurlar. 
Bu arada Liviyaya ilk humanitar yardımı və xilasedicilər dəstəsini də məhz Türkiyə göndərib. 
P.S.
Bax belə. 
Qərbin Əfqanıstan, İraq və Suriya ilə birlikdə xaraba qoyduğu Liviya indi də təbii fəlakətin ucbatından xarabazara çevrilib. Bu gün Liviya eynən qaraçuxası yatan adamlara bənzəyir. Bəziləri isə bu ölkəni faciələrə vərdiş etmiş ölkə də adlandırırlar. 
Tanrı dünyamızı, ölkəmizi, Türk-İslam aləmini qorusun!

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə