Təqvim
Masallıda idman ictimaiyyətinin nümayəndələrilə görüş
25 iyul 2023 - 19:58

Masallıda idman ictimaiyyətinin nümayəndələrilə görüş

 

İyulun 25-də, Masalllı rayonunda bir qrup idman ictimaiyyətinin nümayəndəsi ilə görüş keçirilib. 
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkında “Şəhidlər” abidə-kompleksini ziyarət ediblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin (LARGİİ) fəaliyyət planının hazırlanması ilə əlaqədar təşkil olunan görüş Heydər Əliyev Mərkəzində davam edib.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, idman sektorunun əməkdaşı Yusif Xamıyev, LARGİİ-nin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, “Masallı Gənclər Evi” SXM-nin direktoru Fuad Mənsimov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının Lənkəran-Astara bölgəsi üzrə koordinatoru Akif Ağayev, beynəlxalq və respublika yarışlarında yüksək nailiyyətlər əldə etmiş bir qrup idmançı və məşqçi-müəllimlər iştirak ediblər.
Görüş zamanı Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti, Ölkə rəhbəri İlham Əliyevin idmana olan tükənməz qayğısı sayəsində respublikada gənclər-idman siyasətinin inkişafı istiqamətində atılan addımlardan, regionlarda idmanın kütləviliyinə nail olmaqdan ötrü qarşıda duran vəzifələrdən bəhs edilib, idman məktəbləri, klub, zal və stadionların fəailiyyəti, idman avadanlıqları ilə təminat, əhali arasında idmanın təşviqi, “Heydər Əliyev İli” çərçivəsində tədbirlərin, eləcə də müxtəlif idman növləri üzrə yarışların, narkomaniya və digər zərərli vərdişlərin profilaktikası üzrə və digər sosialyönümlü layihələrin həyata keçirilməsi və s. məsələlər müzakirə olunub, məşqçilərin fikir və təklifləri dinlənilib.
Maraqlı diskusiya şəklində keçən görüşdə idmançılarımızın bundan sonra da beynəlxalq yarışlarda uğurla çıxış edəcəklərinə əminlik ifadə olunub.
Əlavə edək ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gün ərzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla görüşüb, Masallı Olimpiya-İdman Kompleksi, Masallı Regional Boks və Taekvondo Mərkəzləri, Boradigah İdman Zalı, “Viləş” minifutbol meydançası, “Masallı Gənclər Evi” SXM-dəki şəraitlə tanış olub, Masallı “Asan İntellektual İnkişaf Mərkəzi”ndə Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı gənclər arasında təşkil olunan “Breyn rinq” bilik yarışı üzrə rayon birinciliyinin mükafatlandırma mərasimində iştirak edib.
Rayonda fəaliyyət göstərən gənclər təşkilatları və fəal gənclərlə görüş zamanı İdarə rəisi Teymur Babazadə, Gənclər sektorunun əməkdaşı Elnurə Qəniyeva, “Regional İnkişaf” İB-nin Cənub Regionunun rəhbəri İlkin Muradov gənclər siyasəti, gənclərin inkişafında təşkilatların rolu, könüllülük fəaliyyəti və s. məsələlərdən danışıb, gənclərin təkliflərini dinləyib, suallarını cavablandırıblar. 
 
Akif VAQİFOĞLU.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Bölmədəki digər xəbərlər:
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə