Təqvim
Elman Eldaroğlu: Yaşasaydı bu gün 65 yaşını qeyd edəcəkdi…
16 iyul 2023 - 13:47

Elman Eldaroğlu: Yaşasaydı bu gün 65 yaşını qeyd edəcəkdi…

Deyirdi ki;- “Toy elin adətidir, mədəni abidəmizdir. Milli Məclisin də aparıcısı var, ölkəmizin də. Hər işin öz aparıcısı olur. Görürsən ki, bir aktyor məclisdədir, dəvət edirsən, çıxıb iki kəlmə danışmaq istəmir. Qardaş, səhnədə danışa bilmirsən, heç olmasa burda danış da. Telekanallarda imkan vermirlər sözünü deyəsən. Gedirsən çəkilişə, verilişə baxanda görürsən ki, dediyin bütün şeirləri yarımçıq veriblər. Şair yazıq qulaq asır, deyir sözlərimi niyə yarımçıq dedin? Deyirəm, mənlik deyil, orda kəsiblər. Savadsızlar işləyir orda. Bir dənə təmiz yerimiz teatrdır. Teatrı da az qalıb korlasınlar. Filmləri, telekanalları görürəm də nə vəziyyətdədir. Dərdimiz böyükdür. Ona görə də ən kasıbın da məclisinə uça-uça gedirəm. Çünki bilirəm ki, məni ürəkdən istəyirlər.”
Xalq artisti Firəngiz Mütəllimova onu belə xatırlayır: "Zemfira Nərimanova, İlham Əsgərov və mən universitetdə bir qrupda oxumuşuq. Hətta İlhamla mən bir partada da əyləşmişik. İlham çox mədəni, çox alicənab, qayğıkeş, namuslu, qeyrətli, üzündən nur yağan bir insan idi. Onun gözəl bədii qiraəti, rolları var. İlham Azərbaycan xalqı, milləti üçün dəyərli bir sənətkar idi."
Əməkdar artist Sənubər İsgəndərli isə:- "Onun insanlığı, mədəniyyəti, sənətkarlığı haqqında heç kim fərqli bir söz deməyəcək. Sözün əsl mənasında İlham çox abırlı insan idi. O, uşaqla uşaq, böyüklə böyük ola bilirdi. Sonuncu dəfə onunla ölümündən üç gün öncə görüşmüşdük. Uzun illərdir ki, hər dəfə məni görəndə gülərək "Boyu boyumdan, soyu soyumdan..." deyə müraciət edirdi. Deyirdi ki, bizim boyumuz da yaraşır, amma heç vaxt tərəf müqabili olmamışıq. Doğrudan da, onunla səhnədə tərəf müqabili olmaq mənə qismət olmadı. Eyni tamaşada oynadıq, amma oynadığımız personajların bir-birinə aidiyyəti olmadı, bir sözlə, eyni tamaşada olsaq da, eyni səhnəni paylaşmadıq. Elə son dəfə bunu dedi, qucaqlaşdıq. Mən bilmədim ki, bu, bizim sonuncu görüşümüz olacaq. Allah ona rəhmət eləsin!"- deyir.
Bəli, xalq artisti, mərhum İlham Əsgərov gözəl insan idi. Yaşasaydı, bu gün 65 yaşını qeyd edəcəkdi. O, 16 iyul 1958-ci ildə Masallı rayonu Xoşçobanlı kəndində dünyaya gəmişdi. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. Çalışdığı Azərbaycan Dövlət Milli Dram Teatrında bir çox yadda qalan obrazlar yaradıb. 2015-ci ildə 57 yaşında ikən vəfat edib.
Ruhu şad olsun!
Elman Eldaroğlu

Sosial şəbəkələrdə paylaş:
Masallı güləşçiləri Bakıdan 11 medalla geri dönüb 19:07, 04 mart 2024
Təzə Alvadıda qaz xəttinin çəkilişi işlərinə baxış keçirilib - Masallıda 18:20, 29 fevral 2024
Əzizabad kəndində daha 17 ev təbii qazla təmin edilib - Masallıda 18:12, 29 fevral 2024
Masallılı voleybolçu yenidən ölkə yığmasına rəhbərlik edəcək 15:28, 28 fevral 2024
Xocalı soyqırımının 32-ci ildönümü Masallının təhsil müəssisələrində qeyd edilib 23:39, 26 fevral 2024
Xocalı soyqırımı qurbanlarının xatirəsi Masallıda böyük ehtiramla anılıb 22:00, 26 fevral 2024
...Xocalıya qayıdanacan 19:33, 25 fevral 2024
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edib 12:45, 25 fevral 2024
Taekvondo üzrə ölkə kubokunun açılış mərasimi - Masallıda 21:29, 24 fevral 2024
“Xocalı naləsi” – Masallı Mədəniyyət Mərkəzinin səhnəsində 19:32, 23 fevral 2024
“Xocalı – qan yaddaşımız” – Masallıda tədbir 13:47, 23 fevral 2024
“Erkən nikahın fəsadları” – Masallıda maarifləndirici tədbir 15:41, 22 fevral 2024
Masallı məktəblərində Beynəlxalq Ana Dili Günü qeyd olunub 22:56, 21 fevral 2024
Məktəbliyə zorakılıq edən yeniyetmədən paylaşım: Vecimə də deyil... 01:24, 21 fevral 2024
Separatçılara son ittihamlar elan ediləcək 21:27, 20 fevral 2024
Mədəniyyətə xidmətdə keçən 46 il 22:07, 19 fevral 2024
Ağacəkmə aksiyası – Masallıda 17:49, 19 fevral 2024
QIR-SAQQIZ “MÜSAFİR”LƏR 18:34, 17 fevral 2024
Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb - Masallıda 19:25, 16 fevral 2024
“Biz sağlam həyatı seçirik” – Masallıda tədbir 19:12, 15 fevral 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə