Təqvim
Akif VAQİFOĞLU:  HEÇ ÖLÜ DƏ UTANAR?
10 iyun 2023 - 09:27

Akif VAQİFOĞLU:  HEÇ ÖLÜ DƏ UTANAR?


Bəzən çalışırsan ki, hirsini udub bir söz danışmayasan, olmur. Danışdıqca adamın dərdi açılır.
Adam deməyə də xəcalət çəkir ki, indiki gənclərin əksəriyyətində utanmaq qabiliyyəti qalmayıb. Nəinki gənclərdə, hətta...
Küçədə, dükan-bazarda, ictimai nəqliyyatda veyl və bambılıların yöndəmsiz hərəkət və davranışından narahat olan qoca, ağsaqqal utanır, qulağı “nauşnik”li, əli təsbehli, “ayfon”lu cavanlar utanmır.
Zəhmətinin bihudə getməsinə rəğmən el içrə peşiman və pərişan dolanan ata-ana utanır, öz ixtiyarı ilə keçinən övlad utanmır. 
İşçinin səhlənkalığından direktor, dərsdən yayınan, kitab vərəqləməyən məktəbli ucbatından  müəllim utanır, amma öyüd-nəsihət qəbul etməyən, tədris ilini birtəhər başa vuran şagird utanmır. 
Toya gedib, pul salıb sakitcə birtərəfli oturan, əcnəbiləşmiş məclisdən zövq almayan xəcalətdən tər töküb utanır, amma siyahıya pul yazdırmayan,toyun axırınacan “tıxıb”, dava-dalaş salan hoqqabaz utanmır. 
Nə isə, müxtəsər ərz edirəm ki, başınızı ağrıtmayım: ...həkim utanır, xəstə utanmır (əksinə də ola bilər); böyük qardaş utanır, kiçik utanmır;  ölülər utanır, dirilər utanmır və s.
İndi deyəcəksiniz ki, heç ölü də utanar?  Ə..., rəhmətliyin oğlu,  bəyəm bilmirsən ki, ölülərin yarısı cənnətlik, yarısı da cəhənnəmlik olur? Necə deyərlər, yerləri məlum. Haqq-hesab günü, tərəzi-mizan vaxtı bəd əməlinə görə peşiman olub utanan olacaq, ya yox? Amma biz dirilər olub keçənlərdən hali ola-ola, ömrümüzün sonuna qədər görə-görə, eşidə-eşidə nə ibrət edirik, nə də utanırıq.  
Akif VAQİFOĞLU.

Sosial şəbəkələrdə paylaş:
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
Akif AĞAYEV: Masallı RİH başçısı şəhid ailələrini ziyarət edib 10:30, 20 sentyabr 2023
Ərdoğan BMT-də Qarabağdan DANIŞDI: Heç bir status qəbul edilməyəcək 23:34, 19 sentyabr 2023
Qarabağdakı ermənilərə növbəti MÜRACİƏT 23:22, 19 sentyabr 2023
İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - Yaralılar var 23:19, 19 sentyabr 2023
Erməni silahlı qüvvələrinin təmas xətti YARILIB 22:25, 19 sentyabr 2023
Müdafiə Nazirliyinin növbəti BRİFİNQİ - VİDEO20:49, 19 sentyabr 2023
Spiker G77+Çin Sammitində çıxış etdi 07:28, 17 sentyabr 2023
BƏYBALA MİRZƏYEV: Faciələrə vərdiş edən ölkə... 07:17, 17 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə