“Whatsapp” mesajlaşma proqramı yeni vacib funksiyasını istifadəçilərə təqdim edəcək. Bu barədə “WABetaInfo” saytı məlumat yayıb. Məlumata görə, tətbiqdə digər çatları yükləmədən qeydlər yaratmaq və vacib faylları saxlamaq imkanı olacaq. Bu funksiya proqramın həm mobil, həm də desktop versiyaları üçün tətbiq ediləcək. Nəticədə tezliklə “Whatsapp” istifadəçiləri öz nömrələrinə mesaj göndərə biləcəklər. Qeyd edək ki, buna bənzər funksiya uzun müddətdir Teleqramda var.
Bütün hüquqlar qorunur © 2024