Təqvim
Əfv olunan şəxs yenidən HƏBS EDİLDİ
09 avqust 2022 - 17:14

"Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamına əsasən əfv olunan 1995-ci il təvəllüdlü Quliyev Şirvan Xanəhməd oğlu yenidən həbs edilib.

O, 2022-ci ilin fevral ayında paytaxtın Qaradağ rayonunda yerləşən kafelərin birində əmisi Bayram Quliyevi sağ qarın nahiyəsindən bıçaqlayıb. Belə ki, B.Quliyev masadan kənara çəkilib və onun qardaşı oğlu Ş.Quliyev ofisiantı çağıraraq limon doğramaq üçün bıçaq tələb edib. B.Quliyev masaya qayıtdığı zaman Ş.Quliyev onunla mübahisə edib və əmisinə bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, qardaşı oğlu Şirvan Quliyevlə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi  olmadığını bildirib, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdiyini qeyd edib.

Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şirvan Quliyevə 9  il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Persona
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
Uşaqların Beynəlxalq Müdafiəsi Günü – MASALLIDA 11:46, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2024

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə