İsraildə özəl bir şirkətin işçiləri üçün verdiyi ziyafətdə faciə yaşanıb. Belə ki, hovuz şənliyi zamanı insanların olduğu hovuzun altında çuxur meydana gəlib. Çuxura ilişən 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə Judean Foothills bölgəsində yerləşən Karmei Yosef qəsəbəsində baş verib. Dağılma riskinə qarşı ehtiyatla hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı 4 saat davam edib. Çuxura düşən 1 nəfər ölüb. Digər şəxs isə yaralı olaraq xilas edilib. Hadisə şahidləri hadisə zamanı hovuz şənliyində təxminən 50 nəfərin olduğunu, suyun səviyyəsinin birdən azalmağa başladığını və açılan çuxurun girdab effekti ilə 2 nəfəri içəri çəkdiyini bildirib. Bölgədə meydana gələn çuxurdan sonra qruplar helikopterlə bölgədə başqa çuxurların olub olmadığını havadan yoxlayıb.
Bütün hüquqlar qorunur © 2025