UEFA Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra bu ölkənin "Qazprom" şirkəti ilə müqaviləni pozmaq prosesini başladıb. Sözügedən sponsorluq müqaviləsi 100 milyon avro dəyərində olub. Qeyd edək ki, UEFA buna qədər Çempionlar Liqası finalını da Sankt-Peterburqdan almışdı. Bundan əlavə, Rusiyanın klub və milli komandaları UEFA-nın bayrağı altında keçirilən matçları neytral stadionlarda keçirəcək.
Bütün hüquqlar qorunur © 2025