“Azərişıq” ASC Kəlbəcərdə yerləşən N saylı hərbi hissələri elektrik enerjisi ilə təchiz etməyə başlayıb. Qurumun əməkdaşları Kəlbəcər rayonundakı “Alagöllər” ərazisində qarlı və şaxtalı havada elektrik enerjisi xətlərinin çəkilişi ilə məşğuldurlar. Onların sözlərinə görə, hava şəraitinin qeyri-sabit olmasına baxmayaraq, 35KV-luq xətlərin muftalanması (montajı) prosesi həyata keçirilir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatı “Azərişıq Qarabağda” layihəsi çərçivəsində həyata keçirilir.
Bütün hüquqlar qorunur © 2024