Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib. "Unikal" işdən çıxarılan İ.Gülmməmədovanın əmlaklarının siyahısını əldə edib: Varovski qəsəbəsində “Vimay- Med” klinikası, “Af - Gen” klinikası; Binəqədi rayonu, Varovski qəsəbəsində 4 mərtəbəli villa və "Zümrüd" uşaq bağçası; Binəqədi rayonu, 9-cu mikrorayonunda Zeytunluq adlanan ərazisində 20 sot torpaqda üçmərtəbəli villa; Qeyd edək ki, Zeytunluq adlanan ərazidə 1 sot torpağın qiyməti 150 min manat dəyərindədir. Villanın tikintisi isə 1 milyona başa gəlib. Quba rayonu, Qəçreş kəndində 20 sot torpaqda villası; Görədil və Masazır qəsəbələrində villası; Elmlər Akademiyası metrostansiyasının yaxınlığında yerləşən 200 kvadratmetrlik mənzil, həmçinin Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin yaxınlığında 2 mənzil; Bakı şəhərində apteklər şəbəkəsi; Saray və Fatmayı qəsəbələrində hektarlarla torpaq sahəsi; Qeyd edək ki, İ.Gülməmmədova qanunsuz topladığı vəsaitləri həyat yoldaşının köməyi ilə Gürcüstana keçirib.
Bütün hüquqlar qorunur © 2024