Təqvim
Özünü “jurnalist” hesab edən  Cəfər Cəfərovun  yeni növ dələduzluq əlamətləri
29 oktyabr 2021 - 22:52

Dəyərli jurnalistimiz Kəramət bəy, bizim müsahibəmizdən bir neçə gün sonra mənə Masallıdan məlumat gəldi ki, Azərbaycan Respublikasının CM-nin 182.2.1-ci və 221.1-ci maddələri ilə təqsirli bilinib həbs olunan cinayətkar jurnalist Cəfərov Cəfər Məzahir oğlu 15 iyul 1985 –ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Cəfər Cəfərov xeyriyyəçi-şair Gülağa Tənhaya şər-böhtan atmaqda öz həyat yoldaşını, uşaqlarının anasını- Gültəkin xanımı diktor kimi istifadə edib. Mətni oxuyan Cəfərin həyat yoldaşı Gültəkin xanımdır. Bu fakt məni həm qəzəbləndirdi, həm kədərləndirdi və eyni zamanda təəssüf hissi keçirdim! Qəzəbləndirdi ki, Cəfər milli dəyərlərimizi təhqir edən və gələcək nəslə antimilli amilləri təbliğ edən jurnalistdir! Bilmirəm, belə azərbaycanlılara Azərbaycan qanı olan jurnalist demək olarmı? Nə qədər pul düşkünü olmaq lazımdır ki, sən öz həyat yoldaşını, uşaqlarının anasını öz çirkin, şantaj oyunlarında istifadə edəsən! Adam nə qədər xəsis olmalıdır ki, heç olmasa 50 manata kənardan bir diktor dəvət edib qərəzli hazırladığın mətni həmin xanıma oxudasan... Cəfər üçün müqəddəs heç nə yoxdur. Məntiqlə fikirləşəndə mən elə bilirdim ki, diktor xanım Cəfərin təzəcə işə qəbul etdiyi məşuqələrindən birisi- Sevinc xanımdır. Necə deyərlər, yatsaydım, heç yuxuma da gəlməzdi ki, hər hansı normal kişi öz həyat yoldaşını, üç azyaşlı övladının anasını öz ləyaqətsiz, çirkin oyunlarında yardımçı kimi istifadə edəcək. Bəlkə də mən həyatda cərayan edən ,yeni dəbdə olan, ləyaqətsiz “jurnalyuqaları” anlaya bilmirəm. Mənim üçün ANA-VƏTƏN sözləri adi danışıq ifadələri deyil, kişilik rəmzi, mərdlik rəmzi, anaya, bacıya,vətənə hörmət rəmzidir! Çünki ata – babalarımızın bizə tarixdən miras saxladığı müsəlman qaydalarına, el adət-ənənələrinə hörmətlə yanaşmaq və riayət etmək birinci növbədə biz kişilərin borcudur.  Sovetlər dövlətinin yarandığı ilk günlərdə imkanlı mərd bir bəy öz gəlinini düşmən olduğu qonşusuna etibar edir. Bilir ki, o düşməndir, lakin namuslu, mərd kişidir. Onun gəlininə öz qızı kimi baxacaq, bəyin namusunu öz namusu kimi qoruyacaq... Cəfər haqqında olan məlumatları araşdıranda məlum olur ki, onun üçün müqəddəs heç nə yoxdur. Əgər Cəfər öz həyat yoldaşına pul, gəlir mənbəyi kimi baxırsa, mənəvi dəyərlərimizi unudursa, deməli belə individumların yaranması cəmiyyətimizin həddindən artıq cılızlaşmasını göstərir. Mənim mövqeyi bəlli olmayan satqın insanlardan zəhləm gedir. Gülağa Tənhaya şər-böhtan atdığına görə Cəfərə nifrətim var, amma onun həyat yoldaşı Gültəkin xanıma bir Azərbaycan qadını, Azərbaycan anası kimi böyük hörmət və ehtiramım var. Mən Cəfərdən deyil, Gültəkin xanımdan, Azərbaycan anasından bilmədən səhv olaraq işlətdiyim kobud sözlərə görə üzr istəyirəm.
 

Kəramət bəy, fikirlərimi təzəcə bitirmişdim ki, məktubu Sizin poçtunuza göndərim, mənə Bakıdan telefon açıldı... Məlumat aldım ki, özünü “jurnalist” hesab edən  Cəfər Cəfərovun  yeni növ dələduzluq əlamətlərinin olması da güman olunur. Belə ki, ətrafına topladığı bir qrup adamla (içərilərində Cəfərin uşaqlarının anası Gültəkin xanım olmaqla) müxtəlif vəzifəli şəxslərə respublikanın tanınmış adamları adından zənglər edib vətəndaşlardan pul almaq qarşılığnda, müxtəlif məsələlərin həlli istiqamətində danışıqlar aparıdıqları barədə söhbətlər  yayılıb. Azərbaycanın, birinci növbədə Cənub zonasının işgüzar şəxslərinə, hüquq -mühafizə orqanlarına xəbərdarlıq edirəm ki, belə faktlar nəzarətə götürülsün və yoxlanılsın. Belə görünür ki, Cəfər Cəfərov müxtəlif tədbirlərdə imkan düşən kimi respublikanın tanınmış şəxsləri ilə fotoşəkillər çəkdirir, sonra isə onlardan məharətlə istifadə edir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ELM
Delimitasiya üçün Bakı və İrəvana xəritələr verə bilərik - Rusiya XİN 22:18, 06 dekabr 2023
Azərbaycana qarşı qərəzli siyasətdən əl çəkin - İcmadan tələb 12:22, 06 dekabr 2023
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenidən Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib. 23:26, 05 dekabr 2023
ALLAH adamı-Gülağa Tənhanın təşəbbüsü ilə - EHTİYACI OLAN 100 ailəyə,100 azn23:11, 05 dekabr 2023
Qızılca xəstəliyinin yaratdığı FƏSADLAR 22:14, 05 dekabr 2023
“Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızılcaya yoluxan şəxsı hava-damcı yolu ilə həssas insanları yoluxdurur”. 22:08, 05 dekabr 2023
Məktəblərdə mobil telefondan istifadə qadağan olundu 12:26, 05 dekabr 2023
Qızılcaya ən həssas qrup bu yaşa qədər olan uşaqlardır 21:59, 04 dekabr 2023
A vitamini çatmayan uşaqlarda qızılca daha ağır keçir 18:59, 04 dekabr 2023
GÜLAĞA TƏNHA: GƏLƏRSƏNMİ 12:31, 04 dekabr 2023
İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak edib.14:36, 29 noyabr 2023
R.Mehdiyeva: Xeyriyyəçi iş adamı Gülağa Tənhadan daha bir xeyriyyə aksiyası01:32, 28 noyabr 2023
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTO 19:36, 27 noyabr 2023
Qızılca Bakıya çatdı: Tələbələr arasında yoluxma AŞKARLANDI 17:02, 27 noyabr 2023
İlham Əliyev cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub.15:32, 27 noyabr 2023
GÜLAĞA TƏNHA: DİLƏNÇİ 23:58, 26 noyabr 2023
Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO21:15, 23 noyabr 2023
İlham Əliyev SPECA ölkələrinin sərgisinin açılışında iştirak edib. (FOTO=10)16:44, 22 noyabr 2023
DİN-dən kiberdələduzluqla bağlı xəbərdarlıq 15:42, 22 noyabr 2023
İranda “mobil telefonlara nəzarət polisi” yaradılıb  15:12, 22 noyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə