Təqvim
"Qida Biznes Klubu"nun təqdimatı keçirilib - FOTO
19 noyabr 2020 - 11:53

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşəbbüsü ilə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək  tədbirləri çərçivəsində “Qida Biznes Klubu” adlı daha bir layihənin icrasına başlanılıb. Qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar, Agentlik və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri, eləcə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı keçirilib.  Tədbirdə “Qida Biznes Klubu” haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib.


Bildirilib ki, “Qida Biznes Klubu” qida sahəsində ölkədə olan mövcud vəziyyəti və inkişaf perspektivlərini dəyərləndirərək bu sahədə qida təhlükəsizliyi üzrə yerli və beynəlxalq qanunvericiliyi, təcrübəni və əlaqədar texniki dəstək xidmətlərini, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xidmətlərini özündə birləşdirir. Klub üzvlərinə texniki dəstək xidmətini İcra Komitəsi həyata keçirəcək. Həmçinin layihə çərçivəsində  Agentlik sədrinə yeni təyin olunmuş beynəlxalq müşavirlərin - Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalpın (Türkiyə) sahibkarlarla müvafiq qida təhlükəsizliyi sisteminin prinsipləri, burada sahibkarların üzərinə düşən məsuliyyət və prosesdə iştirakları, bu sahədə yeni metodologiyaların tələbləri və öz ölkələrində əldə olunmuş müsbət təcrübələrin bölüşülməsi nəzərdə tutulub. Eyni zamanda qida zənciri üzrə sahibkarlıq subyektinin fəaliyyət istiqamətindən asılı olaraq klubun İctimai İaşə Komitəsi, Qida İstehsalı Komitəsi, Logistika və Distribüterlik Komitəsi, Kiçik Sahibkarlıq Komitəsi və digər komitələrin də yaradılması nəzərdə tutulub.


Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, layihə çərçivəsində AQTA və AQTİ-nin fəaliyyət istiqamətləri və təklif etdiyi xidmətləri çərçivəsində klub üzvlərinə bizneslərini daim inkişaf etdirmək üçün lazımi dəstək veriləcək. Sahibkarların yarana biləcək problemlərinin daha çevik və operativ qaydada aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcək ki, bununla da müasir tələblərə uyğun məhsul və xidmətlərin realizasiyasının həyata keçirilməsi təmin olunacaq.


Qeyd olunub ki, “Qida Biznes Klubu”na üzvlük subyektlərin fəaliyyət istiqamətləri və sahələri nəzərə alınmaqla tənzimlənir. Belə ki, “Qida Biznes Klubu”na qida zəncirinin bütün mərhələlərində iştirak edən, yəni qida məhsullarının “tarladan süfrəyədək” prinsipi əsasında ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması və daşınması (logistika və distribüterlik), eləcə də ictimai-iaşə müəssisələri kimi fəaliyyət istiqaməti ilə məşğul olan sahibkarlıq subyektləri üzv ola bilərlər. Qiymətləndirmə əsasında fəallıq nümayiş etdirmiş üzvün və ya üzvlüyə namizədin il ərzində müvafiq güzəştlərlə daha yüksək kateqoriyaya irəli çəkilməsi həyata keçiriləcək. Bundan başqa, “Qida Biznes Klubu”nun üzvləri bir çox hüquq və imtiyazlara malik olacaqlar. Belə ki, klub üzvləri güzəştli texniki dəstək və laborator xidmətlərdən faydalana biləcəklər. Təklif olunan xidmətlər vasitəsilə qida sahəsində fəaliyyət göstərən klub üzvləri tərəfindən keyfiyyətli və təhlükəsiz xidmət və məhsulların realizasiyası zamanı fasiləsizlik, əlçatanlıq və dayanıqlılıq təmin edilər

 

  

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
Statuslar
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə