Təqvim
"Musiqi sənətini ucuzlaşdırmışıq" - Bayağı ifalara üsyan etdilər
17 sentyabr 2020 - 16:32

Son illər mədəniyyətimizdə bir ifadə dolaşır: “bayağı musiqilər”. Bax hansılardır o bayağı ifalar? Dinləyicilərin zövqlərini korlayan kimlərdir?

Xalq artisti Aygün Səmədzadə: “Mən bu suala cavab verəcək şəxs deyiləm. Bayağı musiqi yazanlara sual verin ki, niyə yazıb zövqləri korlayırsınız? Bir-iki dəfə belə suallar verin ki, özlərini yığışdırsınlar. Biz onları tənqid etməklə guya nolur ki? İndi elə bir dövrdəyik ki, mən dediklərimi onlar başa düşməyəcək. İndi nəsə deyirsən, fikrini top, tüfənglə qarşılayırlar. Zövqləri odur axı. Ona görə də danışanda başa düşmək istəmirlər”.

Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli: “Bu mövzuda bir neçə ildir ki, danışırıq. Lakin buna baxmayaraq heç bir xeyri olmur. Danışırıq, yerində də qalır. Heç kəs öz üzərinə götürmür, nəticə çıxarmır. Bilmirəm, nədən irəli gəlir? Sentyabrın 18-də 135 illiyini qeyd edəcəyimiz Üzeyir Hacıbəyovun bizim üçün qoyub getdiyi dünya boyda musiqi sənətini axır illər çox ucuzlaşdırmışıq. Elə bil qədrini bilmirik. Dərk etmirik ki, musiqinin qədrini bilmiriksə, biz özümüzün qədrini bilmirik. Bizim dilimiz, atributlarımızla yanaşı mədəniyyətimiz də qorunmalıdır. Hər bir azərbaycanlı bunu yerinə yetirməlidir. Musiqiçi oldu, olmadı, hər kəs mədəniyyətimizi qorumalıdır. Bu gün sosial şəbəkələrdə bayağı musiqiləri maraq xatirinə bəyənməklə biz onlara imkan yaradırıq ki, desinlər, bizi daha çox dinləyirlər, nəinki bizə qədər olan Azərbaycan musiqisini, Azərbaycan klassikasını. İnsanlar içərisində çox oluram, onlarla çox təmas qururam və təəccüblüdür ki, neçə min baxış sayı yığan həmin musiqiləri insanlar dinləmir. Bəs niyə onlar daha çox bəyənilir?”

Əməkdar artist Gövhər Həsənzadə: “Azərbaycan milli musiqilərinə, Azərbaycan dilinə, Azərbaycan poeziyasına, Azərbaycan milli dəyərlərinə söykənməyən yaradıcılığın hamısı bayağı, yad sayılır. Peşəkarcasına hazırlanmamış musiqilər bayağıdırlar. Söhbət bəstələnməkdən getmir, baxın, mən deyirəm ki, hazırlanmamış. Əfsuslar olsun ki, bizdə musiqiçilərdən, rəssamlardan və ya digər sahənin adamlarından fikir öyrənənən jurnlistlərin həmin sahədən xəbəri olmur. Sıradan bir jurnalist açıqlama alır və bəstəkarın, rəssamın dediyi terminləri başa düşmür. Nəticədə öz bildiyi kimi yazır. Bu yazının özü də bayağıdır. Bircə onu deyə bilərəm ki, Azərbaycan qarmoniyasının, ladının üzərində bəstələnməyən melodiyalar bizim üçün yaddır. Peşəkarcasına hazırlanmayan musiqi materialı nəticədə çox keyfiyyətsiz və bayağı olur. Bu gün bizim Xalq artistlərimiz də var, sənətdə yeni addımlarını atan da. Düzdürmü? Onların repertuarında hansısa qeyri-peşəkar musiqi və yaxud da yaxşı hazırlanmamış bir musiqi varsa, onun mahnısını müzakirə etməliyik, filankəs bayağı musiqi oxudu, bunu yox. Filankəslə nə işimiz var? Biz ifaçıların şəxsiyyətini müzakirəyə çıxarırıq. Demirik ki, bayağı musiqilər niyə efirləri zəbt edib? Niyə efirə çıxdı? Bu gün peşəkar bəstəkarlara bilirsiniz niyə müraciət yoxdur? Əvvəllər televiziya kanallarında baxırdılar ki, bu kimin əsəridir? Sonra onu efirə buraxırdılar. İndi buna baxan yoxdur. Günah nə müğənnidədir, nə bəstəkarda, nə də musiqiçidə, günah efirlərdədir. Neçə ildir, deyirəm ki, kanallardır günahkar. Bugünkü gənclərin zövqlərinin pozulması təbliğatdan asılıdır”.

"Ədalət" qəzeti Rövşən Tahir 

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ƏDƏBİYYAT
Müstəqil həyata sağlam inteqrasiya III layihəsi uğurla başa çatıb 10:50, 12 fevral 2025
Masallıda tir atıcılığı üzrə rayon turniri keçirilib 17:15, 23 iyul 2024
Şəhid Anar Novruzovun xatirəsi anılıb – MASALLIDA 14:57, 14 iyul 2024
Məhərrəmlik təziyəsini islami dəyərlərə uyğun keçirək 15:51, 10 iyul 2024
Arif Fərzəlinin hekayəsi: “Ölü leyləklər” 19:12, 28 iyun 2024
Qadınların iqtisadi azadlığı mövzusunda maarifləndirmə layihəsinə start verilib 17:26, 28 iyun 2024
“Gender üzrə statistik göstəricilər” – Masallıda seminar-müşavirə 17:03, 28 iyun 2024
“Mübariz ordumuz” – Masallıda tədbir 19:07, 25 iyun 2024
“Yaşıl dünya yazı və şəkillərdə” mövzusunda müsabiqəsinin qalibləri mükafatlandırılıb – Masallıda 16:55, 24 iyun 2024
Masallı məktəblisi qəbul imtahanından 696,2 bal toplayıb 15:30, 22 iyun 2024
GÜLAĞA  TƏNHA:  “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”23:04, 19 iyun 2024
Şəfalı əlləriniz var olsun 00:12, 17 iyun 2024
“Azərbaycanın zəfər tarixi” – Masallıda konfrans 13:39, 15 iyun 2024
“Son zəng” tədbirləri – MASALLIDA 19:31, 14 iyun 2024
Əbədi birlik təntənəsi 18:48, 10 iyun 2024
Masallı güləşçiləri respublika üçüncüsüdür 19:55, 08 iyun 2024
“Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – MASALLIDA 22:05, 06 iyun 2024
“FİTRƏTİMİZDƏDİR VƏTƏNPƏRVƏRLİK” kitabı haqqında düşüncələr... 20:25, 04 iyun 2024
14 yaşlı Masallı şahmatçısı ölkə birinciliyinin finalında 17:01, 01 iyun 2024
Müstəqillik Gününə həsr olunmuş boks üzrə region turniri – MASALLIDA 12:54, 01 iyun 2024
 

Bütün hüquqlar qorunur © 2025

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə