Ötən bazar günü formula-1 üzrə dünya çempionatının daha bir mərhələ yarışı keçirilib. Sayca 9-u olan bu Toskana Qran-Prisində 20 pilot mübarizə aparıb ki, onlardan da yalnız 12-si finiş xəttinə çata bilib. Maraqlıdır ki, yarışı yarımçıq saxlayan pilotların hamısı qəza üzündən mübarizəni sonadək davam etdirə bilməyiblər. Yürüşün qalibi adını isə yenə də 6 qat dünya çempionu olan britaniyalı Lyuis Hemlton ("Mersedes") qazanıb. Bu onun cari məvsümdə 6-cı qələbəsidir. Bundan sonra o aktivindəki xalların sayını 190-a çatdırmaqla yarış cədvəlində ən yaxın izləyicisi, həm də öz komanda yoldaşı olan Valtteri Bottası 55 xal geridə qoyub. Maraqlıdır ki, Toskana Qran-Prisində ikinci yeri də məhz Bottas tutub. Bu yürüşdə ilk üçlüyü isə "Red Bull"un pilotu Aleks Albon tamamlayıb.Nə qədər təəccüblə də olsa, son illər Hemltonla ancaq çempionluq uğrunda mübarizə aparan 4 qat dünya çempionu Sübastyan Fettel ("Ferrari") cari məvsümdə heç nə ilə fərqlənmir. Bu yarışda finişə yalnız 10-cu yerdə çatmaqla cəmi bir xal qazana bilən Fettelin pilotların yarış cədvəlindəki məvqeyi də pisdir. Geridə qalan 9 Qran-Pridən sonra cəmi 17 xal toplayan almaniyalı pilot 13-cü yerdədir. Son anda üçüncülüyü əldən verərək yarışı 4-cü yerdə başa vuran Daniel Rikkardo ("Reno") azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə görə yürüçün ən yaxşı pilotiu seçilib.
Hazırda pilotların yarış cədvəlində vəziyyət belədir:
1. Lyuis Hemlton ("Mersedes") – 190 xal
2. Valtteri Bottas ("Mersedes") – 135
3. Maks Ferstappen ("Red Bull") – 110
4. Lando Norris ("maklaren") – 65
5. Aleks Albon ("Red Bull") – 63
6. Lans Stroll ("Reysinq Poynt") – 57
7. Daniel Rikkardo ("Reno") – 53
8. Şarl Lekler ("Ferrari") – 49
9. Serxio Peres ("Reysinq Poynt") – 44
10. Pyer Qasli ("Alfa Tauri") – 43
11. Karlos Sayns ("Maklaren") – 41
12. Esteben Okon ("Reno") – 30
13. Sebastyan Fettel ("Ferrari") – 17
14. Danil Kvyat ("Alfa Tauri") – 10
15. Niko Xyulkenberq ("Reysinq Poynt") – 6
16. Kimi Raykkonen ("Alfa Romeo") – 2
17. Antonio Covinattsi ("Alfa Romeo") – 2
18. Kevin Maqnussen ("Xaas") – 1
19. Corc Rasseli ("Uilyams") – 0
20. Romen Qorjan ("Xaas") – 0
21. Nikolas Latifi ("Uilyams") – 0
Komandaların turnir vəziyyəti:
1. "Mersedes" – 325 xal
2. "Red Bull" – 173
3. "Maklaren" – 106
4. "Resinq Poynt" – 92
5. "Reno" – 83
6. "Ferrari" – 66
7. "Alfa Tauri" – 53
8. "Alfa Romeo" – 4
9. "Xaas" – 1
10. "Uilyams" – 0
İNTİQAM Məmmədov
Bütün hüquqlar qorunur © 2024