“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dənizçiləri 25 iyun “Dənizçi Günü” ilə bağlı maraqlı layihə həyata keçiriblər.
Dənizçilər vətənə, dövlətə, milli maraqlara sadiqliyini, eləcə də dənizçi peşəsinə sevgilərini doğma Xəzərdə nümayiş etdiriblər. Bu məqsədlə dənizdə 20 metr uzunluğunda üçrəngli bayrağımız açılıb, ASCO-nun Xəzər Dəniz Neft Donanmasının “Üfüq” və “Turan” gəmilərinin şleyfi vasitəsilə ürək forması canlandırılıb.
Hər iki əməliyyat əvvəlcədən müəyyənləşdirilmiş koordinatlar əsasında yerinə yetirilib. Manevrlər “Üfüq” gəmisinin kapitanı Bəhram Ağayevin, “Turan” gəmisinin kapitanı Seyfəddin Qasımovun, hamiyəçi kapitan Eldar Kərimovun, eləcə də heyət üzvlərinin yüksək peşəkarlığı sayəsində mümkün olub. Dəqiqlik tələb edən əməliyyatların öhdəsindən dənizçilərimiz uğurla gəlibər.
Bütün hüquqlar qorunur © 2024