Təqvim
AQTA ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində reydləri davam etdirir
20 iyun 2020 - 13:15

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Belə ki, AQTA əməkdaşları tərəfindən 19 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 211 ictimai iaşə obyekti, 219 ərzaq satışı mağazası olmaqla ümumilikdə 430 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 148-ində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Xətai rayonunda “VİP” market

Yasamal rayonu, “Nizami Mall” ticarət mərkəzində Axundova Ayşən Musa qızına məxsus “Mix Food” və Məmmədov Faiq İslam oğluna məxsus “Saffron” restoranları

Digər rayon və şəhərlər üzrə:

Samux rayonunda Atayev Əli Hümbət oğluna məxsus kafe, Məmmədov Fərid Rövşən oğluna məxsus ərzaq mağazası

Gəncə şəhərində Sadıqov Kamil Eldar oğluna məxsus “Maral-Göl” restoranı

Xaçmaz rayonunda Abdullayev Əmir Yusif oğluna məxsus “Bulaq” kafe

Neftçala rayonunda Zülfüqarov Vüqar Davud oğluna, Cəfərov Kamil Abasağa oğluna, Tarverdiyev Bəxtiyar Ağali oğluna və Həsənov Babək Nuxbala oğluna məxsus ərzaq mağazaları, Zülfüqarova Sevinc Əliyusif qızına məxsus kafe

Ağsu rayonunda Gülməmmədov Novruz Şöhlət oğluna məxsus “Şöhlətoğlu” restoranı

İsmayıllı rayonunda Nağıyev Əvəz Qadir oğluna məxsus “Basqal” restoranı, Ömərov Mehdi Valodya oğluna məxsus “Mican” kafe, Cavadova Sahibə Bayram qızına məxsus “Xan” market, Hümbətov Cavid Şərafət oğluna məxsus ət satışı mağazası, Məmmədova Humay Ramiz qızına məxsus “Qala” market

Göyçay rayonunda Nəzərəlizadə Tehranə Yusif qızına məxsus ərzaq mağazası

Şəki şəhərində Əzizov Məmməd Həsən oğluna məxsus “M-Market”

Qəbələ rayonunda Əhmədli Şükran Səlim oğluna məxsus dönərxana

Zaqatala rayonu, Maqov kəndində, Corov Həbib Şabanoviçə məxsus market

Şəmkir rayonunda “Uğur” restoranı və “Muxtar”ərzaq mağazası

Ucar rayonunda “City Klub” restoranı və “Dostlar” kafesi

Bərdə rayonunda Əliyev Nizaməddin Nizami oğluna məxsus “Söyüdlü” kafe

Lənkəran rayonu, Qəriblər kəndində Ağayev Vüsal Vasif oğluna, Mehdizadə Fariz Telman oğluna, İmamyarov Murad İlqar oğluna və Məmmədov Şamil Kamil oğluna məxsus ərzaq mağazaları

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
SİYASƏT, Aqrar
Xalqımı təbrik edirəm !.. Gülağa Tənhanın xalqa müraciyyəti20:19, 01 oktyabr 2023
Bu gündən taksi fəaliyyəti üçün yeni dövlət rüsumları tətbiq olunur. 18:29, 01 oktyabr 2023
Qarabağın çiçəklənən dinc regiona çevrilməsini istəyirik 18:03, 01 oktyabr 2023
Hərbçilərimiz AKINCI kursunu başa vurdu 17:10, 01 oktyabr 2023
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə