Təqvim
Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ
01 iyun 2020 - 17:50

QHT və qrant haqqında qanunlara dəyişiklik edilməsi, ümumiyyətlə QHT qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı həm Milli Məclisdə, həm cəmiyyətdə mütəmadi olaraq aparılan müzakirələrə münasibət bildirmək istəyirəm. Mən prinsip etibarilə bu istiqamətdə qanunvericiliyə yenidən baxılmasında və günün tələbinə uyğun dəyişiklərin edilməsində problem görmürəm.

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev bildirib.

A.Quliyev qeyd edib ki, cənab Prezidentin bu ilin fevralın 27-də təsdiq etdiyi Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin qanunvericilik bazasının genişləndirilməsi ilə bağlı bir sıra müddəalar var:

“Bu gün həqiqətən də QHT-lərin fəaliyyətinin dayanıqlı olması və onların maliyyə mənbələrinin şaxələndirilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliyin edilməsinə ehtiyac var.

6-7 il bundan qabaq QHT qanunvericiliyinə edilən dəyişiklikdən sonrakı dövrü soyuqbaşla analiz etdikdə görərik ki, milli təhlükəsizliyimizin və ictimai-siyasi sabitliyin qorunması, qeyri-qanuni və qeyri-şəffaf fəaliyyətin qarşısının alınması, QHT sektorunda nizam-intizamın yaradılması baxımdan bu dəyişikliklərin çox mühüm rolu oldu.

Lakin etiraf etməliyik ki, bəzi prosedur xarakterli dəyişikliyin bir qismi milli və dövlətçilik mövqeyində olan QHT-lərin maliyyə təminatına və dayanaqlığına mənfi təsir etdi. Halbuki, xarici dairələrin sifarişlərini yerinə yetirən bəzi QHT-lər və marginal qruplar müxtəlif vasitələrlə, xüsusilə 3-cü ölkələr üzərindən qeyri-şəffaf yollarla yenə də əvvəlki həcmdə qrant vəsaitləri almaqda davam edirlər.

Ona görə də vəziyyəti düzgün analiz edib, pandemiyanın gətirdiyi reallıqları, ölkədə aparılan köklü islahatları və xüsusilə siyasi islahatların mahiyyətini nəzərə alaraq, qanunvericilikdə müvafiq dəyişikliyin edilməsi və qrant alma prosedurlarının sadələşdirilməsi yollarını tapmalıyıq.

Elə bir formula tapmalıyıq ki, burada həm milli maraqlar tam şəkildə qorunsun, həm də xarici təsirdən kənar, dövlətinə və millətinə bağlı olan QHT-lərin maliyyə və davamlılıq problemləri həll olunsun”.

Sosial şəbəkələrdə paylaş:
Kateqoriya:
ORDU QURUCULUĞU
NEYLƏYƏK, GÖRÜNÜR BELƏYMİŞ QİSMƏT- Gülağa Tənha yazır01:09, 01 oktyabr 2023
Eldar Mahmudov da üzə çıxdı  21:00, 30 sentyabr 2023
Azad olunmuş ərazilərdə 500-dək meyitin qalıqları tapılıb - DTX17:57, 30 sentyabr 2023
Şuşada çoxmərtəbəli binalar tikilməyəcək - RƏSMİ15:50, 30 sentyabr 2023
Milli Qəhrəman İkinci Fəxri xiyabanda dəfn olundu 12:46, 30 sentyabr 2023
Daha bir şəhidin nəşi 31 ildən sonra dəfn edildi 11:34, 30 sentyabr 2023
İlham Əliyev Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edib.00:30, 30 sentyabr 2023
Qənirə Paşayeva komaya düşdü13:23, 24 sentyabr 2023
Salyanda küçədə körpə tapıldı - Son durumu 21:35, 21 sentyabr 2023
Gülağa Tənha: VƏTƏN DAŞLARI 19:23, 21 sentyabr 2023
Yeni TƏYİNAT: Nazir generalı işdən çıxardı 17:43, 21 sentyabr 2023
Yevlaxda erməni nümayəndələri ilə danışıqlardan ViDEO + FOTOLAR12:51, 21 sentyabr 2023
Sülhməramlıların ölümünə görə Ordumuzun korpus komandiri işdən çıxarıldı 11:33, 21 sentyabr 2023
Ermənistanda aksiyalara görə 28 nəfər TUTULDU 10:10, 21 sentyabr 2023
Məmməd Əvəzoğlu Gəlin Yevlaxa (Axçiləri götür gəlin Yevlaxa)22:08, 20 sentyabr 2023
İranın nüvə silahı olsa, bizdə də olacaq - Bin Salman21:08, 20 sentyabr 2023
Azərbaycan Türkiyədən antidron sistemləri ALDI - FOTOLAR17:38, 20 sentyabr 2023
Hindistan Ermənistana hərbi attaşe təyin edəcək 17:08, 20 sentyabr 2023
Paşinyan ailəsini İrəvandan QAÇIRDI 14:02, 20 sentyabr 2023
Separatçılar silahı yerə QOYDULAR 13:48, 20 sentyabr 2023
 

Bütün hüquqlar qorunur © 2023

Haqqıımızda | Saytda reklam | Bizimlə əlaqə